Azəri Mutfagı - Kabablar

Son güncelleme: 25.06.2009 21:29
  • Azəri Mutfagı - Kabablar - Kabab Hazırlamaq
    Lüləkabab

    noimage

    Qoyun əti - 330 q, quyruq yağı - 20q, baş soğan - 20q, göy soğan 40q, cəfəri və reyhan - 15q, buğda unu - 45q, sumaq - 3q, duz, istiot.
    Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurulub yaxşıca qarışdırılır. Qiymə soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov formaya salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir. Lüləkababın yanına halqavari doğranmış baş soğan, sumaq, yaxud şişdə qızardılmış pomidor verilir.

    Tikəkabab

    noimage

    Qoyun əti - 330q, baş soğan 0 60q, göy soğan - 40q, cəfəri və reyhan 0 10q, sumaq - 3q, və ya nar şərab - 5q, duz, istiot
    Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında haqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.

    Toyuq kababı

    noimage

    Toyuq əti - 300q, baş soğan - 35q, keşniş və cəfəri - 25q, duz, istiot, sumaq.
    İlk emaldan keçirilmiş toyuq ətpdən 40-50 qramlıq tikələr kəsilir, duz və istiot vurulur. Şişə taxılıb manqalda qızardılır. Hazır kababın yanına halqavari doğranmış baş soğan verili rvə üstünə göyərti səpilir. Hind toyuğu kababı da belə hazırlanır.




#25.06.2009 21:29 0 0 0