El Yuxuları Necə Yozur

Son güncelleme: 01.07.2009 19:58
  • El yuxuları Necə Yozur - El Yuxuları
    A

    Ay işığı dərd qəm,
    gün işığı sevinc deməkdir.
    Açar - yuxuda açar görmək iki mə'na kəsb edir. Açar tapmaq o deməkdir ki, nəsə müşkül bir işin asanlaşıb düzələcək. Açar itirmək işlərin dolaşığa düşməsinə işarədir. Açarla qapı açmaq çətinlikdən qurtarmaq, bağlamaq isə dara düşməkdir.
    Anasını görəni xoşbəxtlik gözləyir.
    Alov - ziyana düşməkdir.
    Ay - qız ay görürsə gözəl oğlanla rastlaşacaq, oğlan ay görürsə özünə dost tapacaq.
    Ata - gülərüzdürsə işlərin yaxşı gətirəcək, kədərlidirsə, onun sözündən çıxmamalısan, diqqətli olmalısan, ən adi səhvin ağır cəza ilə nəticələnə bilər. Atanı evdən getmiş görmüsənsə, bəd xəbər eşidəcəksən.
    Alma - övladdır, şad xəbər deməkdir.
    At - muraddır.

    B

    Bağ - işlərinin yaxşı getməsini göstərir. Yuxuda bağda meyvə dərmək (üzümdən başqa) bərəkətə çatmaqdır. Belə yuxunu murad üstündə olan adam görübsə, tezliklə diləyinə çatacaq.
    Bayquş - kimsə sənin paxıllığını çəkir.
    Bayquşun daşın üstündə ulamasını görmək - bədbəxt hadisənin baş verdiyini bildirir.
    Balta - qohumlarından kiminsə oğlu dünyaya gəlib.
    Beşik - qadın görübsə ana olacaq, qız görübsə ərə gedəcək.
    Buğa - ailədə, qohumlarda kədərli hadisə baş verəcək.
    Bülbül - təzə eşqə düşəcəksən.
    Bazar - qismətdir.
    Barmaq - oğlun dünyaya gələcək
    Baş qırxdırmaq - azar-bezardan qurtulacaqsan.
    Balıq - qız uşağıdır.
    Bəzək şeyləri: sırğa, boyunbağı, qolbaq - şad bir iş olacağına (elçi, nişantaxma, toy və s.) işarədir.
    Boyunbağı - qəmdir, xəstəlik, qanıqaraçılıq əlamətidir.
    Bıçaq - dərd əlacsızlığıdır. Lakin hamilə qadın yuxuda bıçaq, xəncər görürsə, oğlu olacağını bildirir.

    C

    Cavan oğlan yuxuda ay görsə, gələcəyi parlaqdır.
    Canavar - düşməndən qurtaracaqsan.
    Ceyran - təsadüfən tanış olduğun qızla evlənəcəksən.
    Corab geyinmək - dara düşmədir, soyunmaq isə çətinlikdən qurtarmaqdır.

    Ç
    Çaqqal - ətəyin bir fırıldaqçının əlinə keçəcək.
    Çaxmaq daşı - gözlənilməz bir hadisənin baş verəcəyini bildirir. Belə yuxu görənlər şadlıqla da, bədliklə də qarşılaşa bilərlər.
    Çardaq - bolluğa düşəcəksən.
    Çəkic - ağırlıqdır, kefinə soğan doğrayacaqlao.
    Çeşmə - özün və yaxınların ağ günə çıxacaq.
    Çoban - sağlamlıq, dözümlülükdür.
    Çomaq - başqasının əlindədirsə, sənə hardansa zərbə dəyəcəyindən xəbər verir.
    Çol, düz - asudəlik, arxayınçılıqdır.
    Çuval - ağzı bağlıdırsa, ətrafında sirli bir hadisə baş verdiyini göstərir.
    Çılpaqlıq - özünü çılpaq görən bütün qayğılardan, acı-ağrılardan xilas olacaq.
    Çörək - qismətdir.

    D

    Dava-dalaş - o deməkdir ki, canın bərkdir, ağrı-acı görməyəcəksən, sənə pis münasibət bəsləyənlərlə aran düzələcək.
    Daraq - qayğıdır. Daraqla başını darayırsansa, kiminsə qayğısını çəkəcəksən.
    Dəyirman - səxavətdir. Xeyir tapacaq və qohum-qonşuya əl tutub hörmət-izzətini artıracaqsan.
    Dağ - ucalıqdır. Dağın başına çıxıbsansa, vəzifədə yüksələcəksən, sorağın ürəkaçan işlərdən gələcək.
    Daş - ağırlıqdır.
    Divardan xəlbir asılmasını görmək qəribliyə işarədir.
    Dostunu yuxuda görənin başına xeyir iş gələcək.
    Dovşan - bir nadanla rastlaşacaqsan.
    Don, ayaqqabı, köynək, şalvar - darlıq əlamətidir.
    Dəniz - ürək genişliyidir, sakit həyat sürəcəksən.
    Dəvəquşu - evə yaxşı yerdən gəlin qismət olacaq.
    Düyü - işin dolaşığa düşəcək.
    Düşmən - uğur qazanacaqsan.
    Dişin sınıb düşsəsi - yaxınlarından kiminsə ölməsidir.

    E

    Eşşəyə minmək - bəxtin açılmasıdır.
    Eşik - eşikdə oturmaq, yemək yemək, ürək genişliyidir, təzə torpaq sahəsi əldə edəcəksən.

    Ə

    Əgər sandıqda meyvə görmüsənrsə - yaxın vaxtlarda tanışlarından birinin uşağı öləcək.
    Ət yemək pisdir, nəsə itirəcəksən. Yaxud kimsə səni qaranca danışır.
    Əgər müəllimin, yaxud ata-anan sənə çörək verirsə, demək ömrünün axırına qədər süfrən bol olacaq.
    Əgər yuxuda gördüyün əli xınalı qız başına kələğayı örtübsə, bu elçilikdir.
    Ənlik, kirşan - sağlamlıqdır.
    Əlcək - təzəsi sevinc, köhnəsi kədərdir.
    Ətir - görüş, vüsal deməkdir.

    F

    Fındıq - sınaqdır, iradəni qırmağa çalışacaqlar.
    Fayton - səfərdə olan qohumların qayıdacaq.

    G

    Gəlinlik donu geymək - kəfəndir.
    Gecə - işin düz gətirməyəcək.
    Günəş - güc, qüvvə, gözəllik, sağlamlıq, aydınlıqdır.
    Gül - şadlıqdır. Sevgilinə qovuşacaqsan.
    Güzgü - bəxtdir. Güzgüyə baxmaq gülümsəmək, güzgünü sındırmaq isə ağlamaq deməkdir.
    Gün işığını görsən - sevinəcəksən,
    ay işığını görsən - dər-qəmə düşəcəksən.
    Güllə - tüfəng atmaq, yaxud səsini eşitmək, qurşun yemək qüvvətlənmək, güclənmək, sağlamlaşmaqdır.

    H

    Halva - əlinə mal-pul gələcək.
    Hörük - qayğıdır.
    Hüzür - şadlıq, çal-çağır olacağına işarədir.

    X

    Xəlbir - nəsə bir ziyanlıq olacağını göstərir.
    Xəstə - ömrün uzanacaq.
    Xəncər - çətinliklərdən yaxa qurtaracaqsan bildirir.
    Xoruz - banlayırsa axtardığını tapacaqsan,
    Xurma - müjdədir.

    İ

    İlan - dəşmənlə rastlaşmağa işarədir.
    İnək - xəstəlikdir.
    İp - uzun ömürlü olacaqsan.
    İynə -yaxın qohumlar arasında söz-söhbət olacağını bildirir.

    K

    Kağız pul - sərvət, mal deməkdir.
    Kəndir - uzaq səfərdir.
    Kilid - geri qayıtmaqdır.

    Q
    Qan - qovuşmaq, arzuladığın tanışına, bilişinə çatmaqdır.
    Qazan - bolluqdur.
    Qayçı - haqqında orda-burda söz-söhbət yaydığına işarədir. Kimsə sənin qeybətini eləyir.
    Qaçmaq - yüngülləşmək deməkdir, dərd-bəladan, azar-bezardan uzaq olmaqdır.
    Qəbir, yaxud qəbirstanlıq - varlanmağa işarədir
    Qələm - uzaq olan qohumundan xəbər gələcəyini bildirir.
    Qarpız - puçluqdur.
    Qəpik - səs, xəbər deməkdir. Yə'ni yaxın vaxtlarda qulağına xəbərlər çatacaq.
    Qənd - sevinməkdir.
    Quş - səadət, xoşbəxtlikdir.
    Qız ay görsə, xoşbəxt ailəyə düşəcək.
    Qızıl - səsdir, xəbərdir.
    Qonşusunu görən o gün davaya düşəcək.

    L

    Lampa - ümiddir.
    Ləyən - vəzifə sahibi olacaqsan.

    M

    Maaş - xərcə düşəcəksən.
    Masa - üstündə ləziz xorəklər olsa, istədiyin ne'məti əldə edəcəksən, boş görsən ehtiyatı əldən vermə.
    Meyvəsiz ağac - ümidsizlikdir.
    Meyvəsi bol ağac - arzuların həyata keçməsidir.
    Meyvə dərmək yaxşılığa, onu yemək isə pisliyə yozulur.

    N

    Nar dənələmək - varlanacaqsan.
    Nənə - ömrün uzun olacaq.
    Nehrə - bərəkət deməkdir.
    Nurani qoca - işlərinin uğur üstə getdiyinə işarədir.

    O
    Ot - mal-qaran artacaq. Mal-qaranın südünü yığıb-yığışdıra bilməyəcəksən.
    Otaq - evində qəza baş verəcək.

    Ö

    Öküz - dava, dalaşdır.
    Ölənə nəsə vermək - bədlikdir, itirəcəksən.
    Ölü sənə yuxuda bir pay verirsə, bu xeyirliyə yozulur, nəsə bəxtinə bir şey düşəcəyindən xəbər verir. Qazancın artacaq.
    Öpüş - yad kişini, yaxud özgə arvadı öpmək ailədə dava-dalaşın düşəcəyini, inciklik yaranacağını bildirir.

    P

    Palaz - yola çıxmaqdır.
    Paslı dəmir - dalaşacaqsan.
    Parıltılı dəmir - işlərinin yaxşı getməsinə işarədir.
    Padşah - var-dövlət başından aşacaq, subaysansa, varlı ailənin qızı ilə evlənəcəksən.
    Pul - uzaqdan nəsə bir xəbər eşidəcək.

    R

    Rəsm - nicarançılıqdan qurtaracaqsan, yolunu gözlədiyin adam gəlib çıxacaq.
    Rütbə - vəzifən əlindən çıxacaq.
    Ruzi: qənd, un, çay, başqa yemək azuqəsi -bolluğa işarədir.
    Rəqibini görsən - səni şərə salmağa çalışacaqlar. İşində təklənəcəksən.

    S

    Sandıq - qəbirdir.
    Saç -yoldur, səfərə çıxacaqsan.
    Sancaq - xeyir tapacaqsan.
    Sarı rəng - xəstələnəcəksən.
    Sədəqə - verirsənsə, başının üstünü almış təhlükəni sovuşdurursan, alırsansa, özünü gözlə.
    Soğan - göz yaşıdır, ağlayacaqsan.
    Süpürgə -dedi-qodudur.
    Saçın uzanmağı, bığ, saqqal çıxarmaq - pis hadisə olacabına işarədir.
    Sağsağan - müjdədir.
    Sandıq - sirdir. Bağlı sandıq sirrin açılmayacağına, açığı isə faş olacağına işarədir.
    Su - aydınlıqdır, o gün hər işin avand olacaq.

    Ş

    Şam - yolunu gözlədiyin adamın sağ-salamat qayıdacağını bildirir.
    Şəkil - nigarançılıq çəkəcəyinə işarədir.
    Şərab - dava-dalaşa düşəcəksən.
    Şəfəq - fərəhlənəcəksən.
    Şirniyyat yemək - qabaqdan toy-düyünün gəldiyinə işarədir.
    Şir - qara qoruxu deməkdir. Ehtiyatı əldən buraxmamalısan.
    Şum - bolluqdan-bərəkətdən xəbər verir.

    T

    Tac - yüksələcəksən.
    Təndir - öz təndirini sönmüş görsən şərə düşəcəksən. Yanırsa, ruzili olacaqsan.
    Təsbeh - rəhmətə gedən qohumlarından birinin ruhunun sən tərəfindən yad olunmamasına işarədir. O adamı yadına sal və adına dua oxut. Yoxsa başına pis iş gələr.
    Toy-bayram - pis işlərin qapını kəsdirməsini bildirir.
    Toyuq, cücə - var-dövlətdir.
    Tumar çəkmək - canını tənbəllik alacaq.
    Tülkü - kimsə səni aldatmaq istəyir.

    U

    Ulduz - oğul-uşaq sahibi olacaqsan.
    Uşaq - adam öz uşaqlıq çağlarını görürsə, ömrünün uzanacağına işarə edilir.

    Ü

    Üzük - evlənməkdir, əgər öz barmağına üzük taxıbsansa, bəxtin açılacaq. Başqasında görübsənsə, ya da özgənin barmağına taxıbsansa, onun bəxti üzünə güləcək.
    Üz - öz üzünü gözəl görsən sevinəcəksən, sarı - xəsətələnəcək, qara - qızın olacaq.
    Üzüm - göz yaşıdır. Dərd-qəm əlamətidir.

    V

    Var-dövlət - qazandıqlarını itirmək deməkdir.
    Vurub-yıxmaq - uduzacaqsan, dava-dalaşdan uzaq dur.
    Valideynlərini görmək - xeyir tapacaqsan.

    Y

    Yapıncı - arxadır.
    Yaşlı adamın özünü gənc görməsi ömrünün uzanması deməkdir. O adam xəstədirsə sağalacaq.
    Yanğın - gərək özünü istidən, küləkdən qoruyasan, xəstələnəcəksən.
    Yastıq - rahatlıq tapacaqsan.
    Yemək bişirmək - bütün arzularına çatacaqsan.
    Yuxuda yük daşıyanın vəzifəsi böyüyəcək.
    Yuxuda zəncirlənən subay yaxın vaxtlarda evlənəcək.
    Yuxuda dostunu görənin başına xeyir iş gələcək.
    Yuxuda bazar görüb nəsə almaq qismətdir.
    Yuxuda adam özü ölərsə, ömrü uzun olar.
    Yuxuda üzərlik yandırmaq evdən qada-bəlanın uzaqlaşmasını bildirir.
    Yuxuda ölü görüb ona bir şey vermək - kimisə itirməkdir.
    Yuxuda ağlamaq - sevinib gülməkdir.
    Yuxuda dilənçiyə sədəqə verən oğlan və qızın toyu olacaq.
    Yuxuda ağlamaq - gülməkdir, gülmək isə ağlamaqdır.
    Yuxuda qız uşağı görmək - bütün işlərin yoluna düşəcəyi deməkdir
    oğlan uşağı isə dedi-qodudur.
    Yuxuda dayısını görən səfərə çıxacaq.
    Yuxuda məclis görənin evində dava-dalaş gözlənilir.
    Yuxuda uçan adam günahsızdır.
    Yuxuda düyü yeyən vrlanır, ət yeyən darlanır.
    Yuxuda xəncəri qına qoyursansa, istədiyin adam sizə qonaq gələcək.
    Yuxuda saç kəsmək - ömrün qısalığına işarədir.
    Yuxuda su görmək aydınlıqdır.
    Yol - ayrılıqdır.

    Z

    Zanbaq - bərəkətdir.
    Zər - haram mala yiyələnəcəksən.
    Zəncir - güc, qüvvət deməkdir.
    Zeytun - arzuna çatacaqsan.
    Zindan - gümrahlaşmaq əlamətidir.
#01.07.2009 19:57 0 0 0
  • El yuxu türkçesi rüya tabirleridir :)
#01.07.2009 19:58 0 0 0