Zeynəb Xanlarova Qimdir - Zeynəb Xanlarova Haqqında - Zeynəb Xanlarova Hayatı
Azərbaycan müğənnisi (lirik soprano).
SSRİ xalq artisti(1980).
Azərb.SSR xalq artisti(1975).
Azərb. SSR əməkdar artisti (1967).
Zeynəb Yahya qizi Xanlarova 28 Dekabr 1936-ci ildə Bakıda anadan olub.
1961-ci ildə A.Zeynallı adına Bakı musiqi məktəbinin S.Şuşinski sinifini
bitirmişdir. Zeynəb Xanlarova Opera və Balet Teatrına Şəmsi Bədəlbəylinin
dəvəti ilə gəlir. 1961-ci ildə ilk dəfə "Leyli və Məcnun" operasında "Leyli"
rolunda çıxış etdi. Tamaşanın uğurla keçməsi gənc Zeynəbin parlaq
gələcəyindən xəbər verirdi. 1961 ildən başlayaraq Opera və Balet Teatrının
solistidir. Ü.Hacibeyovun "Leyli və Məcnun" və "Əsli və Kərəm" operalarında
Leyli və Əsli obrazlarını yaratmışdır.
Zeynəb Xanlarovanın repertuarında muğamlardan (Şahnaz, Qatar, Bayatı-Şiraz, Mahur və s. təsniflərdən (Şur, Çahargah, Dilkəş) və s. Azərbaycan xalq mahnıları, bəstəkarlardan (Q.Qarayev, F.Əmirov, T.Quliyev. C.Cahangirov,
A.Məlikov, E.Sabitoğlu, A.Tağıyev və b.) mahnıları geniş yer tutur.
Zeynəb Xanlarova Azərbaycan mügənni qadınlari içərisində "Çahargah" muğamının ilk ifaçılarındandır.
Zeynəb Xanlarova SSRİ, Çexoslavakiya, Bolqarıstan, Macarıstan, Fransa,
İspaniya, İsveç, İsveçre, Danimarka, Kipr ,Türkiyə, İraq, Əfqanıstan,
Yaponiya və s. ölkələrdə qastrol səfərlərində olmuşdur.
Zeynəb Xanlarova haqqında "Salam Zeynəb" adlı sənədli film çəkilmişdir.
1986-cı ildə Melodiya musiqi şirkəti ona Qızıl Valı təqdim etmişdir.
Azərb.SSR Ali Sovetinin (11- ci çağırış) deputatıdır.
"Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.