Həmd yalnız Allaha məxsusdur. Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Allahdan başqa ilah olmadığına şəhadət edirəm. O, təkdir və şəriki də yoxdur. Şəhadət edirəm ki, Məhəmməd Onun qulu və Rəsuludur.
Fərz namazını tərk etməyin kəbairdən (böyük günahlardan) olduğu, müsəlmanların ixtilaf etmədikləri bir məsələdir. Onun günahı adam öldürmək, zina etmək, oğurluq etmək və içki içmək kimi günahlardan daha böyükdür. Namazı tərk edən özünü Allahın əzabına sövq etmiş, dünya və axirət rüsvayçılığını qəbul etmiş olur. Qurani Kərimdə namazın qədrini ucaldan və onu tərk edənin və ya ona səhlənkarlıqla yanaşanın günahını bəyan edən bir çox ayələr nazil olmuşdur. Məsələn: Allah - subhanəhu və təalə - buyurur: «Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Biz onları (Cəhənnəmdəki) Ğəyy dərəsinə atacağıq» (Məryəm 59). «Vay halına o, namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıq üzündən namazlarını vaxtlı-vaxtında qalmazlar). Onlar (namazlarında) riyakarlıq edər» (əl-Maun 4-7). «Sizi Cəhənnəmə salan nədir?» Onlar deyəcəklər: «Biz namaz qılanlardan deyildik, yoxsulu da yedirtmədik, batilə dalanlarla birlikdə biz də dalardıq, haqq-hesab gününü yalan saydıq». (əl-Muddəssir 42-46).
Qurani Kərimdə buna bənzər ayələr olduqca çoxdur. Bu mövzuda Peyğəmbər - sallallahu aleyhi və səlləm - dən bir çox hədisi şərif də rəvayət olunmuşdur. Peyğəmbər - sallallahu aleyhi və səlləm - bu hədislərdə namazı tərk edənin və ona etinasız yanaşanların sahib olacağı günahı xəbər verməkdədir.
Peyğəmbər -sallallahu aleyhi və səlləm - buyurur: «Şübhəsiz ki, namazı tərk etmək kişi ilə küfr arasındadır». Digər bir hədisdə: «Bizimlə onlar arasındakı əhd namazdır. Kim bu namazı tərk edərsə küfrə girər». Başqa bir hədisdə: «Kim namazı qəsdən tərk edərsə, Allahın himayəsindən uzaq düşmüş olar».
Namaz İslamdandır. Çünki namaz İslamın dirəyidir. İslamı namazssız təsəvvür etmək mümkün deyildir. Dilin əməli kəlmeyi-şəhadəti söyləməkdirsə, bədənin də əməli namaz qılmaqdır. Namaz qılmaq kəlmeyi-şəhadəti təsdiq etməkdir. Namaz qılmayaraq, yalnız dil ilə kəlmeyi-şəhadəti söyləməklə özünü müsəlman saymaq isə insanın yalnız özü-özünü aldatmasıdır.
Ömər İbn Xəttabdan (r.a) rəvayət edilmişdir: Bir gün Rəsulullah (s.a.s) hüzurunda oturmuşduq. Bu vaxt paltarı dümağ, saçları olduqca qara, üzərində yol gəlməyən və yorğunluq əlaməti görünməyən və aramızda heç kimin tanımadığı bir nəfər içəri girib, Peyğəmbər - səllAllahu aleyhi və sələm- in yanında oturdu. İki dizini onun dizlərinə söykəyib, əllərini dizlərinin üstünə qoyaraq dedi: "Ey Məhəmməd, mənə İslam haqqında xəbər ver". Rəsulullah - səllAllahu aleyhi və səlləm - buyurdu: "İslam, Allahdan başqa ilah olmadığına, Məhəmmədin Allahın rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazanda oruc tutmaq, Beyti imkan olduqca həcc etmək". Adam: Doğru söylədin, dedi. Ömər dedi: "Adama heyrət etdik. Həm ona sual verir, həm də onun söylədiklərini təsdiq edirdi". Ömər dedi: Sonra o adam durub getdi". Bir müddətdən sonra Peyğəmbər mənə buyurdu: "Ey Ömər, o sual verənin kim olduğunu bilirsən?" Allah və Rəsulu daha gözəl bilir. Peyğəmbər buyurdu: "O, Cəbrayıl - əleyhissəlam - idi. Sizə dininizi öyrətməyə gəlmişdi" (Müslüm, 8/14)
Həmçinin Əbu Abdurrəhman Ömər İbn Xəttab (r.a) rəvayət edir ki, mən Rəsulullahın (s.a.s) belə buyurduğunu eşitdim. "İslam beş təməl üzərində bina edilmişdi. Allahdan başqa ilahi olmadığına və Məhəmmədin Allahın rəsulu olduğuna şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Beyti həcc etmək və Ramazan ayının orucunu tutmaq".
Namazın İslamdan olduğuna dair bir başqa rəvayətdə Mihcanın (r.a) hadisəsidr: Bir gün Rəsulullah (s.a.s) ilə bir məsciddə ikən namaz üçün azan oxunur, Rəsulullah (s.a.s) qalxaraq camaata namaz qıldırıb yenidən yerinə dönür. Birdən ətrafa baxarkən Mihcanın kənarda durduğunu (r.a) görür və ona tərəf dönərək "Sənin cammatla namaz qılmağına əngəl nə olduki, yoxsa sən müsəlman birisi deyilsən?" dedi. Mihcan (r.a) "Bəli Ya Rəsulullah! Mən müsəlman birisiyəm, fəqət mən bu namazı evimdə qılmışdım" dedi. Rəsulullah (s.a.s) da : "Camaat namazına gəldiyin vaxtı, namazı evində qılmış olsan belə təkrar camaatla namaz qıl" buyurdu. (Malik:1/32, Əhməd:4/34, İbn Hibban:433, Hakim:1/44)
Mövzu ilə əlaqədar başqa rəvayətdə Ömər İbn Xəttabdan (r.a) belə rəvayət olunur: "Namazı tərk edənin islamdan payı yoxdur".(Malik 1/40, Sünəni-Dərakutni 2/52, Abdurrəzzak Müsənnəf: 5010)
Bu hədislərdən göründüyü kimi İslam zahiri əməlləri əhatə edir. Şəhadət kəlməsini dil ilə söyləmək dilin əməli, namaz, oruc, həcc bədənin, zəkat isə malın əməlidir.
Deməli təkcə dil ilə kəlmeyi-şəhadəti söyləmək və əməllərdə bunu göstərməmək insanı İslama daxil etmir. Çünki kəlmeyi-şəhadət yalnız dilin əməlidir. Bədənin əməli isə namazdır. Məhz buna görə də namazı tərk edən adam İslam dinindən çıxmışdır.
YaSMİN kardeş, yoksa siz Azeri misiniz?.Verdiğiniz bilgileri Azeri diline mi çevirdiniz?.Bana öyle geliyor gibi...
Beli men AZERBAYCANLIYAM.Verdiyim melumatlarida bu bolme Azerbaycan bolmesi oldugu ucun sadece Azerbaycan dilinde verdim.