Əslində parça-döşəmə plov qoyun ətiylə hazırlanır, amma toyuqla bişirilən bu plov dadından qoyun ətlisindən heç də geri qalmır. Bir də ki, parça-döşəmənin altında qazmaq olmalıdır, və qazmağın ardından digər ərzaqlar qat-qat qazana yığılmalıdır. Burada gördüyünüz reseptdə isə qazmaq yoxdur - qazmağın yerinə qazanın dibinə toyuq əti döşənir, onun üstündən isə düyü və quru meyvələr. Tələ*** Azərbaycan-sayağı bir plov bişirmək istəyirsinizsə, bir qədər asanlaşdırılmış bu parça-döşəmə plovunun resepti sizin lap ürəyinizcə olacaq.
TOYUQLA PARÇA-DÖŞƏMƏ PLOV
4-6 porsiya üçün nəzərdə tutulub
Ərzaqlar
3 stəkan uzun düyü
4 xörək qaşığı ərinmiş kərə yağı
1 stəkan təmizlənmiş şabalıd*
½ stəkan quru ərik
1 stəkan quru gavalı (çəkirdəyini çıxarda bilərsinizsə, məsləhətdir)
½ cup quru İran xurması (çəkirdəyini çıxarda bilərsinizsə, məsləhətdir)
½ stəkan ağ kişmiş
1 kilo kiçik parçalara bölünmüş sümüksüz toyuq əti (istəyə görə sümüklü də ola bilər)
1 ədəd baş soğan - nazik yarımhalqalar şəklində doğrayın
1/3 çay qaşığı zəfəran teli - döyülmüş və 3 xörək qaşığı qaynar suda həll olunmuş
duz
istiot
1. Düyünü təmizləyin, və ilıq suyun altında tez-tez süzə-süzə yaxşıca yuyun. Bu proses zəruridir, çünki su düyüdəkı nişastanı yuyub aparır və bu da düyünün bişdikdən sonra diri qalması və yapışmaması üçün vacibdir.
2. Düyünü ləyənə qoyub, üstünə örtəcək qədər ilıq su tökün. Suya 1 xörək qaşığı duz atın. Kənara qoyun.