Kişilər nə istəyir

Son güncelleme: 22.11.2009 20:55
  • Kişilər nə istəyir
    Kişilər nə istəyirKişilər hər zaman öz qadınına qarşı yüksək tələblər irəli sürməyi çox xoşlayır. Onlar istəyirlər ki, qadınları hər zaman xeyirxah, ağıllı, gözəl və.s olsun. Bu cür arzunun arxasında nə gizlənir? Psixoloqlar bunu bir neçə istiqamətdə təhlil ediblər.

    1. Şüurlu şəkildə qadına tələblər irəli sürən zaman, şüuraltı olaraq kişilər özlərinə qarşı tələblər irəli sürmüş olurlar. Bu cür kişinin yanında olan müdrik qadın öz ideallığından deyil, yanındakı kişinin üstünlüyündən danışacaq və ona pərəstiş edərək, sən hamıdan....hamıdan üstünsən kəlmələrini deyəcək. Qadına qarşı yüksək tələblər irəli sürən zaman kişilər sadəcə olaraq qadınla münasibətlərində qərar qəbulundan qaçmış olurlar.


    1. Bu və ya digər səbəbdən onlar evlilik barədə qərar qəbul edə bilmirlər, buna görə də özlərinə və qadına özünəməxsus səddlər çəkirlər Get, ideallaş, daha yaxşı ol, bəlkə ondan sonra mənim xoşuma gəldin. Mənə ən yaxşı qadın lazımdır'. Bu cür vəziyyətdə qadın dərk etməlidir ki, həyatının ən gözəl illərini bu cür kişiyə sərf etməyə dəyərmi?!

    2.O özündə əmin deyil və bu əminliyi qadın vasitəsilə əldə etməyə çalışır.

    İradlar vasitəsilə kişi qadın tərəfdən yarana biləcək hər hansı tələbin qarşısını almağa çalışır. Kişilər qadını qabaqlayaraq, liderliyi ələ alır və bu cür fikir irəli sürür: Şərtləri mən qoyuram, sən yox! Mən zəif və özümə əmin olmaya bilərəm, amma icazə vermərəm ki, sən bunu hiss edəsən, çünki hər gün sənə çatışmayan cəhətlərin barədə deyərək yeni tələblər irəli sürəcəyəm. Bu zaman sadəcə gözləmək lazımdır ki, həyatınızdakı kişi işində, ünsiyyətdə, yaradıcılıqda əhəmiyyətli nailliyyət əldə etsin. Burada bir çətinlik var. Heç kim bilmir, kişi nə zaman özünə əminliyi bərpa edəcək. Bəlkə yaxın günlərdə, bəlkə də bir neçə ildən sonra.

    Əsas sirr ondadır ki, kişilər qadın vasitəsilə aldanılmaq istəyirlər. Bu o demək deyil ki, siz bütün mümkün olan və olmayan xüsusiyyətlərə malik olmalısınız. Əsas odur, elə şərait yaradasınız ki, kişilər bu cür düşünsün. Sizin ideal qadın olmağınız barədə onun təxəyyülünü dağıtmayın.

    Yadda saxlayın, hər bir kişinin damarlarında onun ovçu ulu babalarının qanı axır. Onun genində ən yaxşı hədiyyəni əldə etmək informasiyası yerləşib. Ona görə də bizim bacarığımız kişiyə sən hamıdan üstünsən kəlməsini dərk etdirməkdədir. Bütün həyatını ideal axtarışında keçirmək kişilər üçün də çox çətindir. Əgər siz kişiyə bunu inandırsanız o, ideallıq axtarışına son qoyacaq. Əsas məqam toydan sonra da onun aləmində fərqliliyinizi qoruyub saxlamaqdır.
    Buna görə başlanğıcda nəinki ən tələbkar kişinin bütün arzularını həyata keçirə bilən uğurlu qadın obrazı yaradın, sözün əsl mənasında buna inanın. Bu çətin yolda ilk addım isə sadəcə özünü sevməkdir. Burada rola girib yalandan hərəkət etmək mənasızdır. Siz səmimi qəlbdən bütün varlığınızla mənfi və müsbət cəhətlərinizlə özünüzü qəbul edib sevməlisiniz.

    Qaynaq:fox.az
#22.11.2009 20:55 0 0 0