Ağlayan tort

Son güncelleme: 23.11.2009 01:33
  • "Ağlayan" tortun tərkibi belədir:

    - 3 ədəd limon;
    - 1 stəkan şəkər tozu;
    - 1 paket krem-şanti;
    - 1 stəkan süd;
    - 1 paket limon jelesi;
    - 2,5 stəkan isti su;
    - 2,5 stəkan soyuq su.

    Hazırlanması:
    Süd və krem-şantini möhkəm qarışdırıb soyuducuda saxlayın. Limonu sürtgəcdən keçirib suyunu sıxın. Şəkər tozu və limon suyunu şəkər əriyənədək qarışdırın. Qaynayan suda limon jelesini də əriyənədək həll edib mikserə tökün, şəkərli limon suyu və krem-şantiyi də əlavə edib möhkəm qarışdırın, düzbucaqlı şüşə qaba qoyub soyuducuda bir gecə saxladıqdan sonra süfrəyə verin.
#23.11.2009 01:33 0 0 0