Ramil Səfərov

Son güncelleme: 05.04.2010 12:56
  • Ramil Sahib oğlu Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissəsində tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstan respublikasının Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

    Vətənə dönməyə 20 gün qalmış isə - fevral ayının 19-da həmin tədbirdə iştirak edən erməni zabiti Qurqen Markaryanı qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühavizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

    4 oktyabr 2009-cu ildə anası Nübar Səfərova vəfat edib
#26.11.2009 00:21 0 0 0
  • 1988-ci ildən 1993-cü ilə qədər ermənilərin törətdikləri vəhşilikləri, tökdükləri qanı Ramil öz gözləri ilə görüb. Çünki həmin illər onun yeniyetməlik çağlarına təsadüf edir. O vaxtları atası Sahib bəy Cəbrayıl rayonunun mərkəzindəki xəstəxanada baş həkimin təsərrüfat işləri üzrə müavini, anası Nübar xanım cərrahiyyə şöbəsində işləyib. Ərazi ermənilər tərəfindən daim atəşə tutulduğundan Ramil gününün çox hissəsini valideynlərinin yanında keçirməli olub. Qolu-başı kəsikləri, gözləri çıxarılanları öz gözləriylə görüb. Elə vaxt olurmuş ki, hətta gün ərzində xəstəxanaya on beş-iyirmi meyit, iyirmi-otuz yaralı gətirilirmiş. Bunlar hamısı Ramilin beyninə, canına, qanına hopub və təbii ki, 15-16 yaşlı yeniyetmənin psixoloqiyasına təsir göstərib. Hətta bu gün belə aradan 15 il vaxt ötsə də, Ramilin elə qohumları var ki, onların nə ölüsündən, nə də dirisindən xəbər yoxdur.

    Vikipedia
#26.11.2009 00:21 0 0 0
  • noimage

    Ramil Sahib oğlu Səfərov 1977-ci ildə Cəbrayıl rayonunda anadan olub.
    1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub.
    1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının İzmir şəhərinə göndərilib.
    Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib.
    2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində qulluq edib.
    2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib.
    2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstan respublikasının Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.
    Vətənə dönməyə 20 dün qalmış isə - ferval ayının 19-da həmin tədbirdə iştirak edən erməni zabiti Qurqen Markaryanı qətlə yetirib. Elə Həmin tarixdə Budapeştin hüquq-mühavizə orqanları tərəfindən həbs olunub.
#05.04.2010 12:55 0 0 0
  • Yaqin ki, yolun məmləkətə sarıdır qardaş,
    Yaqin ki, yolun məmləkətə sarıdır qardaş,
    Çatdır Anama ki, hələ oğlun salamatdır.
    Çatdır Anama ki, hələ oğlun salamatdır.

    Xəstə atamı görmədiyim xeyli zamandır,
    Yaqin ağarıb saç, bükülüb bel, qoçamandı.
    Heç bilməsin ömrüm necə tufanlara düşdü,
    Bəxti qara oğlu qara zindanlara düşdü.

    İllərdi ki, yazıq anamın gözləri yolda,
    Bilmir ki, oğul qəm eləyir, qandalı qolda.
    GET YAXŞI YOL OĞUL DEYİB ARXAMCA SU ATDI
    Hər damlası göz yaşıma döndükcə yaş axdı.

    Yarım məni səndən xəbər alsa demə gördüm,
    Cəht eləyib unutsun məni, bəsdi mənə dərdim.
    Qaplarna gələn elçilərə yox deməsin qoy
    Məndən ümüt üzsün adımı çox deməsin qoy.

    DOSTLAR BU DA MƏNDƏN SİZƏ SON VƏSYƏTİM OLSUN,
    BİR GÜN QƏRİB ÖLSƏM VƏTƏNİM QİSMƏTİM OLSUN,
    ÜÇ RƏNGLİ VƏTƏN BAYRAĞI İLƏ BƏLİYƏRSİZ,
    DOĞMA ANA TORPAQDA MƏNİ DƏFN ELƏYƏRSİZ.

    Burda dərd əlindən ölən yox hələ,
    Dərdlər dayaq olur bu qəm komama,
    Dünyadan köç edib ölsəm də belə,
    Ruhum, Ruhum qayıdacaq bir gün obama.
    Anama deyin ki, Anama deyin ki, gözləsin məni, Gözləsin ...

#05.04.2010 12:56 0 0 0