Körpəni masaj etmək və ona toxunmaq ananın övladına qarşı bəslədiyi sevginin bir təzahürüdür
Ana körpəsini masaj etməklə və ona toxunmaqla övladı ilə arasında pozitiv əlaqə qura bilər.
Körpə peyvənd edilərkən və ya ona iynə vurulan zaman ananın övladını masaj etməsi uşağın ağrılarını azaldır. Körpəni masaj etmək və ona toxunmaq ananın övladına qarşı bəslədiyi sevginin bir təzahürüdür. Mütəxəssislər masajı yeni doğulan körpə daxil olmaqla hər yaş qrupunda olan körpələrə və demək olar ki, onun bütün bədən hissələrində etməyi məsləhət görürlər.Masaj diş çıxaran və qəbizlik keçirən körpənin ağrılarını da ciddi şəkildə azaldır, tez yuxuya getməsinə kömək edir və artıq çəki almasına mane olur.