Uşaqlara nə qədər meyvə şirəsi vermək olar

Son güncelleme: 27.11.2009 01:20
  • Meyvə şirələrinin faydaları barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur.

    Meyvə şirələrinin uşaqlar üçün faydaları isə daha böyükdür. Bəs uşaqlara meyvə şirəsi verərkən hansı məsələlərə diqqət yetirmək lazımdır?..

    6 aylıqdan az uşaqlara meyvə şirəsi verməyin.

    1 yaşına qədər olan uşaqlara gündə 0,5 stəkan meyvə şirəsi verin. 1-3 yaşlar arasında olan uşaqlar üçün isə bu rəqəm gündə 2-2,5 stəkandır.

    Uşağınıza meyvə şirələrini qarışdırıb verməyin. Çünki belə olduqda onun hansı meyvə şirəsinə qarşı daha həssas olduğunu öyrənə bilməzsiniz.

    Uşağınıza yatmazdan əvvəl meyvə şirəsi verməyin. Çünki meyvə şirəsi diş ətrafında yığılaraq onun çürüməsnə səbəb olur.

    Uşağınıza süd əvəzinə, meyvə şirəsi verməyin. Uşaq kalsium tələbatını ödəmək üçün gündə 1 stəkan süd içməlidir. Əgər uşaq gündə 1 stəkandan az süd içirsə, bu "kəsiri" meyvə şirəsi ilə aradan qaldırın.

    Uşaqlara həddindən artıq meyvə şirəsi verməyin. Çünki uşaqlara həddindən artıq meyvə şirəsi vermək diş çürümələri ilə yanaşı, bağırsaq problemlərinə də səbəb olur.

    Həddindən artıq meyvə şirəsi içməyin, köklüyə səbəb olduğunu da unutmayın.

    C vitamini ilə zəngin olan meyvə şirələrinə üstünlük verin. Bu cür şirələr həm də kalium, foli turşusu və B qrupu vitaminləri mənbəyidir.

    Uşaqlar üçün meyvə şirələri qədər meyvələrin də vacib olduğunu unutmayın.

    Qaynak:E-Kataloq
#27.11.2009 01:20 0 0 0