RƏhmana tƏrƏf gƏl

Son güncelleme: 28.11.2009 18:15
  • Şərdən uzaq ol, Xaliqi-Sübhana tərəf gəl!
    Rəhm eylə ki, rəhm al, daha Rəhmana tərəf gəl!

    Bəsdir günahın, küfr ilə ömr eyləməyin də,
    Qıl namazı, tut orucu, imana tərəf gəl!

    Dostluq ilə bir xeyri də heç görmədin ondan,
    At şeytanı bir yana və qurana tərəf gəl!

    Gəl məscidə, salehləri axtar ki, xeyirdir,
    Salehlər ilə zəngin o ünvana tərəf gəl!

    Cahillik həyatın mənasız oldu bu vaxtacan,
    Fəxri-Aləmə, Rəsula, sultana tərəf gəl!

    Nəyçün qınadın sən bizi, Allaha çağırdıq,
    Şeytani adamlar deyər: Şeytana tərəf gəl!

    Daha hərif olma, bilmirəm, hansı hərifsən,
    Başı aşağı durma, qəzəlxana tərəf gəl!

    Bitdi qələmin sözləri yazmaqdan, əzizim,
    Gül ətrini al, yaz yenə, güldana tərəf gəl!

    Cananın o canan ki, sənin Rəbbinə möhtac,
    Sən də necə möhtac, daha burhana tərəf gəl!

    ABDUSSALAM SAHİB
#28.11.2009 18:15 0 0 0