SƏNSİZ Dünya Yoxdur- Cabir Novruz

Son güncelleme: 01.12.2009 20:14
  • Mənim tənha qoyub,
    gedən əzizim.
    Sənsiz yaşamaqda
    məna görmürəm.
    Elə bil tutulub tamam,
    sağ gözüm.
    Bir gözlə necədir, dünya,
    görmürəm.



    ***
    Qışı qış görmürəm,
    yazı-yaz gülüm.
    Toyu-toy görmürəm,
    yası-yas gülüm.
    Dolaşıb ünvanım,
    işim, mənzilim.
    Gündüzdür, gecədir
    dünya görmürəm.
    ***
    Həyat gözlərimdə,
    gözündən batıb.
    Az qala yadımdan
    çıxıbdır adım.
    İtibdir hər şeyin
    ləzzəti, dadı.
    Şirindir-acıdır,
    dünya bilmirəm.***
    Əzilib sınmışam,
    daşlıq içində.
    Boz daşa dönmüşəm,
    daşlıq içində.
    Gəzib dolaşıram,
    boşluq içində.
    Nə şeydir, nəçidir,
    dünya bilmirəm.
    ***
    Canlıyam, ya nəyəm,
    baş açmayıram.
    Göydəyəm, yerdəyəm,
    baş açmayıram.
    Bəlkə sehrdəyəm,
    baş açmayıram.
    Kələk, tapmacadır,
    dünya bilmirəm.
    ***
    Dünya tamaşadır,
    belə deyiblər.
    Sənsiz o tamaşa,
    bitdi heyflər.
    Qaldı sənlə keçən
    ömrüm seyfdə,
    Dumanlı bacadır,
    dünya bilmirəm.
#01.12.2009 20:14 0 0 0