Ancaq insanların biraz qorxaq olması da ölüm risqini azaldır
Norveçdə 61 mindən artıq insan üzərində aparılan bir araşdırma nəticəsində depressiyanın siqaret çəkmək qədər zərərli olduğu ortaya çıxıb.
Nəticələri alman "Die Welt" qəzetinin internet səhifəsində nəşr olunan təxminən 4 il davam edən araşdırmada, depressiyalı insanlar arasındakı ölüm faizinin siqaret çəkənlərlə eyni olduğu təsdiq olunub.
Araşdırmanı davam etdirən alim Robert Stewart, "British Journal of Psychiatry" adlı tibb jurnalına verdiyi açıqlmada insanların biraz qorxaq olmalarının da faydalı olduğunu və ölüm risqini azaltdığını söyləyərək, çox qorxaq olan insanların isə stresə qarşı dözümsüz olduğunu bildirib.
Stewart, qorxusuz insanların əksəriyyətinin sağlamlıq problemləri olduqda çox gec həkimə getdiyini, bunun da faydalı olmadığını qeyd edib.
Psixoloji narahatlıq keçirənlərin risq faktorlarına xüsusilə diqqət etmələrinin vacib olduğunu bildirən Stewart, bu faktorların siqret çəkmək, yüksək təzyiq, xolestrol, hərəkətsizlik və pis qidalanma olduğunu söyləyib.