Nar Bilərziyi Salatı

Son güncelleme: 09.12.2009 00:37
  • Qeyd: Bəzən bu salatın içinə yağda qızardılmış soğan da qatırlar, amma mən salatda artıq yağlı ərzaqlar (mayonez, qoz) olduğundan soğançadan istifadə etmirəm.

    3 ədəd yerkökü
    3 ədəd kartof
    2 ədəd kiçik və ya 1 ədəd iri çuğundur
    3 ədəd yumurta
    1 stəkan qoz ləpəsi - xırda-xırda doğranmış
    2 ədəd sümüksüz, dərisiz toyuğun döş əti
    mayonez (istəyə görə mayonezi xamayla qarışdırmaq da olar)
    duz
    istot
    nar dənələri (təxminən 1 iri nardan)

    Yerkökü, kartof, çuğundur (ayrı qazanda) və yumurtanı suda bişirin. Sürtkəcin iri gözündən keçirib ayrı-ayrı qablara yığın. Ayrı qazanda bir az duz salınmış suda toyuq ətini də bişirib, əlinizlə didin.

    İri yastı qabın ortasına su stəkanı qoyun. Ərzaqları bu stəkanın ətrafında bu ardıcıllıqla yayın:

    Qeyd: arada layları duzlayın, amma çox deyil, çünki mayonez duzlu olur.

    1. kartof
    2. mayonez (təxminən 2 x. qaşığı)
    3. çuğundurun yarısı
    4. mayonez
    5. yerkökü
    6. mayonez
    7. qoz
    8. toyuğun yarısı
    9. mayonez
    10. yumurta
    11. mayonez
    12. qalan toyuq
    13. mayonez
    14. qalan çuğundur
    15. mayonez

    Axırda mayonezi salatıın hər tərəfinə çəkin. Üstünə və kənarlarına nar dənələri səpin və əlinizlə yüngülvari basın ki, yapışsınlar. Bir neçə saatlıq soyuducuya qoyun.

#09.12.2009 00:37 0 0 0