Aksiyaçılar insan haqlarının zorakılıqlara məruz qalmasına etiraz ediblər və müstəqilliyə dair şüarlar səsləndiriblər.
Hindistanla Pakistan arasındakı mübahisəli Kəşmir zonasında Cammu-Kəşmir azadlığı cəbhəsindən olan və əllərində məşəllər tutan yüzlərlə insan Şrinaqarda yürüş keçirərək insan haqlarının zorakılıqlara məruz qalmasına etiraz ediblər və müstəqilliyə dair şüarlar səsləndiriblər. Cammu-Kəşmir azadlıq cəbhəsi separatçı təşkilatın sədri Yasin Malik tərəfindən təşkil edilən nümayiş BMT baş assambleyasının 1948-ci il 10 dekabrda insan haqlarına dair beynəlxalq bəyannamənin qəbul edilməsinin il dönümü ilə üst-üstə düşüb. Ələrində yanan məşəllər tutan etirazçılar "Biz azadlıq istəyirik" , "İnsan haqları pozuntularına son qoyun" kimi şuarlar səsləndiriblər. Qeyd edək ki, ötən gün səhər də onlarla etirazçı Hindistanın nəzarətində olan Kəşmir bölgəsinin paytaxtı Şrinaqarda Hindistan qoşunlarını daşa tutublar. Qeyd edək ki, Şrinaqarda hind əsgərlərinin saxlanmasının əsas məqsədi burada fəaliyyət göstərənq yerli separatçı qruplaşmalara qarşı mübarizə aparmaqdır.