Sobada Ballı Toyuq Qanadı-Usaqlar icün

Son güncelleme: 20.12.2009 14:59
  • noimage

    SOBADA BALLI TOYUQ QANADI


    16 ədəd toyuq qanadı
    2 xörək qaşığı ketçup
    2 xörək qaşığı mayonez
    2 xörək qaşığı bal
    zövqə görə duz
    zövqə görə istiot
    çörək qırıntısı (suxariki) - irilərindən olsa daha yaxşı olar

    1. Toyuq qanadlarının ucunu kəsib atın. İri bir qabda qanadlar, ketçup, mayonez, bal, duz və istiotu yaxşıca qarışdırın. Soyuducuda ən azı 4 saat saxlayın (gecədən səhərə kimi qalsa, daha yaxşı olar).

    2. İri listin dibinə kalka kağızı (baking paper) sərin. Çörək qırıntılarını dəyaz biz qaba qoyun.

    3.Qanadların hər tərəfini qırıntıya batırıb listə düzün.

    4. 200C-lik sobada təxminən 40 dəqiqə ərzində, və yaxud qanadlar bişib üstləri qızarana kimi bişirin. Nuş Olsun!
#20.12.2009 14:59 0 0 0