Dədələr yolu sənədli filminin təqdimatı keçirildi

Son güncelleme: 23.12.2009 07:33
  • noimage

    Zəlimxan Yaqubun 60 illiyi qeyd olundu


    Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" sənədli filmlər studiyasında ərsəyə gələn, xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun 60 illiyinə həsr olunmuş "Dədələr yolu" sənədli filminin təqdimatı keçirildi.

    Lent.az-ın müxbirinin verdiyi məlumata görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Zəlimxan Yaqubun yaradıcılığını yüksək qiymətləndirdi.

    Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov qeyd etdi ki, Zəlimxan Yaqub Azərbaycanın, ümumən türk dünyasının dünyaya bəxş etdiyi böyük şairlərdəndir: "Zəlimxan Yaqubun yaradıcılığının cövhərində, mayasında ilahi istedadın enerjisi, Tanrıdan gələn güc, qüdrət var. Əgər belə olmasaydı, o, Zəlimxan Yaqub olmazdı".

    Azərbaycan xalqının saza, sözə yüksək qiymət verdiyini deyən Zəlimxan Yaqub çıxışında onu bu zirvəyə ucaldan Azərbaycan xalqına minnətdarlığını bildirdi.

    Daha sonra "Dədələr yolu" sənədli filmi nümayiş etdirildi. Filmin ssenari müəllifləri Aydın Dadaşov və Mövlud Süleymanlı, rejissoru Tofiq Məmmədovdur.

    Tədbir iştirakçılarına Zəlimxan Yaquba həsr olunmuş "Uca sözün işığında" kitabı da təqdim edilib.
#23.12.2009 07:33 0 0 0