Məşhur deyimlər

Son güncelleme: 23.12.2009 08:16
  • Eşq üçün tökülən gözyaşı və döyüşdə axan qana əvəz biçilməz - Fransız

    Qorxu məntiqdən daha qüvvətlidir - Köhnə Yunan

    Səs çıxarmayan və səs-küy salmayanlar təhlükəlidir - Fransız

    Düşündüyünü söyləyəndən deyil, söylədiyini düşünməyəndən qorx

    Evlənmə Uzun bir bazarlıqdır - Macar

    Düyünün içindəki qara daşlardan qorxma ağ olanlardan qorx - Yapon

    Sürətli gedən avtomobil yana diyirlənər - Yapon

    Ağıllı adam dəlini danlamaz - Çin

    Bir çox kimsə qaçmaqdan qorxduğu üçün cəsur zənn edilmişdir

    Gözləməyi bilmək müvəffəqiyyətin sirridir - Fransız

    Cürət müvəffəqiyyətin başlanğıcıdır - İngilis

    Başqası bir şey itirmədən sizin qazanmanız mümkün deyil - Latın

    Kiçik hadisələr qarşısında səbirli olmazsansa, böyük planları reallaşdıra bilməzsən - Çin

    Ağla arxa çevirməkdənsə ölmək daha yaxşıdır - Çin

    Müvəffəqiyyətsizlik qələbədən daha çox şey öyrədər - Çin

    Başqalarını bağışla, amma özünü əsla - Çin

    Qartal üçün bir göyərçini məğlub etmək bir şərəf deyil - İtalyan

    Qadınlar gülə bildikləri zaman gülərlər, istədikləri zaman ağlayarlar - İngilis

    Yalan dörd nalla gedər. Həqiqət isə addım-addım gedər, lakin yenə də vaxtında yetişər - Lapon

    Ağıllı adam, ağılsız adamın son etdiyini əvvəlcə edər - Hind

    Başqalarının bilməsini istəmirsənsə etmə - Çin

    Oğulunu istədiyin zaman, qızını istədiyi zaman evləndir - İspan

    Qadın kölgə kimidir, özünü izləyəndən qaçar, qarşısından gedənin arxasından qaçar - Ərəb

    Qeyri-mümkünlük tək axmaqların lüğətində olan bir sözdür.

    Kimin səbri varsa dünya onundur - İtalyan

    Bu qədər ağıllı olma, səndən daha ağıllıları həbsdədir - Rus

    Necə edə biləcəyini bilmək, etməkdən daha çətindir - Çin

    Qüsurlarını üzünə söylədikləri üçün düşmənlərini sev - İngilis

    Səhv etməyən heç bir şey etmir deməkdir - Amerikan

    Mərd düşmən, pis xasiyyətli bir dostdan daha yaxşıdır - Yəhudi

    Şübhə, zəkanın ən iti nöqtəsidir - Türk

    Dinləməyi öyrənsən, pis danışanlardan belə faydalana bilərsən.

    Ölmüş aslana dovşanlar belə hücum edər - Türk

    Başqalarının arzusuna görə deyil, sırf özünüz üçün düşünün - Fransız

    İtirməkdən qorxmayan,qazanmağın başlanğıcındadır - Amerikan

    Gözəllik, baxanın gözündədir - Fransız

    Cəsurlar bir dəfə ölər, qorxaqlar min dəfə - İngilis

    Yaxşı başlamaq, yarı yarıya bitirmək deməkdir - İngilis

    Qorxaq olduğunu bilməyən hər kəs cəsurdur - Alman
#23.12.2009 08:16 0 0 0