Estoniya İdmançısı Bakıda Daşınmaz əmlak fırıldaqçılığında ittiham edilir

Son güncelleme: 30.12.2009 11:32
  • noimage

    Estoniya prokurorluğu sabiq idmançı və biznesmen Erki Piyrsaliyə qarşı araşdırmalara başlayıb. Lent.az-ın "online.vedomosti.ee"yə istinadən verdiyi məlumata görə, Piyrsali "Gild" investisiya şirkəti vasitəsilə Azərbaycanın daşınmaz bazarının inkişafına 100 milyonlarla dollar sərmayə qoyan investorları aldatmaqda ittiham olunur.

    Bu xəbəri Estoniya prokurorluğunun mətbuat xidmətinin rəhbəri Kadri Pıldaru da təsdiqləyib. Dövlət prokuroru Triyn Berqman isə hazırda yalnız bir nəfərdən şübhələndiklərini söyləsə də, onların sayının çox olacağını istisna etməyib.

    Erki Priysali Xarles Liyvi və Tınis Xaavellə birgə Bakı yaxınlığında daşınmaz əmlakın inkişafı layihəsi ilə əlaqəlidirlər.

    Qeyd edək ki, sentyabrda "Eesti Ekspress" qəzeti Estoniya biznesinin "qaymaqları"nın Bakıda fırıldaqçılığın qurbanı olduqlarını yazıb. 260 milyon kron naməlum istiqamətə yox olub. Bu vəsaitin yerləşdirilməsində iştirak etdiyi bildirilən "GİLD" səhmdar bankının həmsahibi Tınis Xaavel isə susur.

    Qaynaq: LENT.AZ
#30.12.2009 11:32 0 0 0