Eynulla Fətullayevin kamerasından narkotik tapılıb

Son güncelleme: 30.12.2009 11:36
  • Jurnalist narkotikin kamerasına atıldığını bildirir.

    noimage

    Həbsdə olan jurnalist Eynulla Fətullayevin kamerasından dekabrın 29-da narkotika tapılıb. Lent.az-ın məlumatına görə, bu barədə "Azadlıq Radiosu"na onun atası Emin Fətullayev məlumat verib. Atası Eynulla Fətullayevlə görüşüb, onun sözlərinə görə jurnalist narkotikin kamerasına atıldığını deyib.

    Hazırda jurnalistin vəkili onun saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsindədir.

    "Gündəlik Azərbaycan" və "Realnı Azərbaycan" qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

    Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir. Beynəlxalq hüquq müdafiə təşkilatları jurnalistin azad olunmasını tələb edirlər.

    Qaynaq: LENT.AZ
#30.12.2009 11:36 0 0 0