Rusiya FTX: “Dağıstandakı silahlılara Azərbaycandan pul göndərilir”

Son güncelleme: 02.01.2010 08:20
  • Məhv edilmiş silahlıların maşınından bunu sübut edən sənədlərin tapıldığı iddia edilir.

    noimage

    Əməliyyatçılar dekabrın 31-də Dağıstanda məhv edilmiş silahlıların üzərindən gizli silahlı qruplaşmanın maliyyə mənbələri ilə bağlı sənədlər aşkarlayıblar. Bu barədə məlumatı Rusiya Federal Təhlükəsizilk Xidmətinin Dağıstandakı idarəsi yayıb. Məlumatda deyilir ki, cümə axşamı Xasavyurd rayonunda bir qrup milis işçisi atəşə tutulub. Cavab atəşi ilə dörd silahlı məhv edilib. Onlardan üçü qanunsuz silahlı birləşmələrin başçıları olublar. Öldürülənlərin şəxsiyyətləri dəqiqləşdirilib və məlum olub ki, onlardan ikisi federal axtarışdadır.

    Əməliyyatçılar silahlılara məxsus maşında silah və 45 mobil telefon aşkarlayıblar. Lakin ən böyük maraq doğuran tapıntı pul vəsaitlərindən istifadə olunması ilə bağlı yazılar olub. Həmin sənədlərdə on milyonlarla rus rublundan söhbət gedir. Vəsaitin bir hissəsi Dağıstana Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Türkiyə və Azərbaycandan göndərilib. Pulların qalan hissəsi isə dağıstanlı iş adamlarından zorla alınıb.

    Qaynaq:anspress.com
#02.01.2010 08:20 0 0 0