Azərbaycanın Salyan rayon Polis Şöbəsinə yeni rəis təyin edilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə Şirvan şəhər Polis Şöbəsinin rəisi işləmiş polis polkovniki Şahmar Ənvər oğlu Paşayev Salyan rayon polis şöbəsinə rəis təyin edilib.
Nazirin digər əmri ilə bundan əvvəl Salyan rayon polis şöbəsinin rəisi işləmiş polis polkovnik-leytenantı Fuad Nəriman oğlu Məmmədli Quba rayon polis şöbəsinə rəis təyin edilib.
Şirvan şəhər Polis Şöbəsinin rəis vəzifəsi hələlik vakant olaraq qalır.
Qaynaq:LENT.AZ