XX-XXI əsr sərbəstlik, azadlıq, kişi və qadın bərabər, eyni hüquqa malik olması əsri kimi tanınır.
Daha çox sərbəstlik əldə edən hər iki tərəf bunu istənilən işdə və istənilən mühitdə tələb və tətbiq edə bilirlər.
Hal-hazırda qadınlar daha çox sərbəstdir, onlar bu məsələdə daha həssas davranmış olurlar. Hər zaman kişi və qadının eyni hüquqlu olması söylənsə belə, bu həqiqətənmi belədir? Hər iki cins eyni hüquqdan eyni tərzdə istifadə edə bilir?
Karyera, ailə, həyatın bir sıra mərhələlərində qadın eyni hüquqlu olmasından istifadə edərək labüd olan hərəkəti edə bilir. Lakin bu kişi tərəfindən bir mənalı qarşılanmış olur?
Hal-hazırda texnologiyanın həddən artıq inkişaf etməsi, her gün bir yenilik, yeni bir kəşfin əldə olunması qadınları 1 addım önə çəkmiş olur.
Qadınlar bundan istifadə etmiş olurlar? Hal-hazırda hər bir sahədə qadınlar daha çox sərbəstlik tələb edirlər. Onların əsas tələbləri aşağıdakılardır.
1. Karyerası olan xanımlar kişilərdən daha çox işlərinə qarışmamalarını, ona rahat ola biləcək tərzdə və mühitdə işləmək istədiklərini bildirirlər.
2. Evdar xanımlar istənilən vaxt, istədikləri, düzgün hesab etdikləri yerə getmələrini, bu seçimi onlara sərbəst buraxmalarını tələb edirlər.
3. Gənc qızlar istədikləri şəraitdə yaşam və həyatın məhz onlar tərəfinsən seçilməsini tələb edirlər.