İndi qızlar oğlanlara evlənmə təklifi edir

Son güncelleme: 06.01.2010 20:45
  • noimage

    Göstərici yalnız və yalnız bunu deyir. Bir çox şərq ölkələrində eyni zamanda Avropada evlənmə təklifi daim gördüyümüz, öyrəşdiyimiz şəkildə deyil, fərqli şəkildə təklif edilir. Fərqlilik budur: oğlanlar deyil, qızlar tərəfindən təklif irəli sürülmüş olur...
    Bu təklifi oğlanlar tərəfindən gözləmədən belə irəli sürürlər. Səbəb?
    Bir çox qadınlar özləri bunu aşağıdakı səbəblərlə bağladılar:
    1). Səbrsizlik.
    2). Kompleksizlik.
    3). Zaman belə tələb edir.
    4) Bərabər hüquqluluq.
    5). Sərbəstlik.
    Yuxarıda sadalanan amillər qadınları bu kimi addımlar atmağa vadar edə bilər? Onların fikrincə əgər qadınlar: kişilərin iş sistemini, həyat rejimini, problemlərinin həll olunmasını, anasını razılıq verməsini gözləyərlərsə zaman və yaşlarını itirmiş olacaqlar.
    Onlar əmindilər ki, bu təklif onlar tərəfindən gəldiyi zaman kişi bundan imtina edə bilməz əksər kişilər bununla razılaşır. Hətta sonradan bu hal adiləşərək qadınlar tərəfindən onlara dəvətlər belə gəlir...
    Kişilər isə özləri bu halı yalnız qadının yaş həddi ilə bağlamış oldular. Onlara görə qadının belə addım atmasında əsas səbəb yaşlanma qorxusudur. Zamanın vaxtından tez getməsi, gözəllikərini itirmə qorxuları və şansı əldən qaçırmamaq-əsas səbəb bunlardır.
    Hər iki cins arasında fikir ayrılıqları mövcüd olsa da, göstərici budur.
#06.01.2010 20:45 0 0 0