Eldar Tağıyevin oğlu atasının taleyindən nigarandır
Ötən ilin dekabr ayının 28-i ermənilərə əsir düşən Tovuz rayon Əlibəyli kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu Elmar Tağıyev atasına məktub yazmaq istəyir. Elmar Tağıyev Lent.az-ın Gəncəbasar müxbirinə atasından nigaran olduqlarını bildirib.
E.Tağıyev məsələ ilə bağlı yaxın günlərdə aidiyyatlı orqanlara müraciət edəcəklərini bildirib: "Ailəmiz adından atama məktub yazmaq istəyirəm. Hələlik bununla bağlı aidiyyatlı qurumlara müraciət etməmişik. Ancaq belə bir fikrimiz var. Ondan nigaranıq".
Vüsalə Cənnətova