Eşq - xeyirli gecələr öpüşünü uzun tutmaqdır. Gözləməkdir!
Eşq - dəlicəsinə eşqbazlıq edərkən yanındakının heç bir şey etməmə haqqını təslim etməkdir. Hörmətdir!
Eşq - zəiflikləriniz olduğunu ortaya çıxarar. Qəbul etməkdir!
Eşq - indi zamanı deyil deyə gözləməyi bilməkdir. Səbirdir!
Eşq - saçlarda başlayıb topuqlarda bitən bir gəzintidir. Kəşfdir!
Eşq - Eşq istəklərini demədən yanındakının nə istədiyini bilməkdir. Razılaşmaqdır!
Eşq - bağlandığını düşündüyündə qarşındakına "xeyr" demə şansını tanımaqdır. Incəlikdir!
Eşq - qorumaqdır. Məsuliyyətdir!
Eşq - evinizdəki hər şeyin yerinin dəyişdirilməsini qəbul etməkdir. Təslimiyyətdir!
Eşq - sevgilinizin nə olduğunu bütün çılpaqlığıyla görməkdir. Gerçəkdir!
Eşq - saatın neçə olduğunu bilib fikir verməməkdir. Sevincdir!
Eşq - sizi qucaqlayan qolların getdikcə daha çox sarılmasıdır. Xoşbəxtlikdir!
Eşq - gecənin bir vaxtında sən yat mən getməliyəm dediyinizdə oyaq qalıb səni bir az daha görməyi seçirəm cavabını almaqdir. İstilikdir!
Eşq - tanıdığınızı zənn etdiyiniz insanın yeni yönlərini kəşf etməkdir. Yenilikdir!
Eşq - oyandığınızda yuxunuzu yanınızda tapmanızdır. Xülyaların gerçək olmasıdır!
Eşq - böyük yatağın üçdə birinə sıxışmaqdır. Yaxınlıqdır!
Eşq - evin açarıdan bir kopiya daha etdirməkdir. Güvəndir!
Eşq - salamat qal dedikdən sonra təkrar qarşılaşacağını bilməkdir. Qədərdir (taledir)
Eşq - pəncərədən çölə baxdığında kiminlə olduğunu xatırlamaqdır. Düşüncədir!
Eşq - küləyin ağacların arasında gəzərkən çıxardığı səsi dinləyib sevgilisinin yanında olmadığına heyifslənməkdir. Təklikdir!