Papaq- Milli Baş Geyimi

Son güncelleme: 18.01.2010 12:00
  • noimage

    Papaq - baş geyimi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər kişilər arasında populyar milli baş geyimi.
    Digər Qafqaz xalqları arasında da geniş yayılmışdır.Azərbaycanda papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanırdı. Onların müxtəlif formaları və yerli adları mövcüd idi. Araqçını kənddən kənarda papaqsız taxmaq ədəbsizlik hesab olunurdu, bu, yalnız uşaqlara icarə verilirdi.
    Qədimlərdən üzü bəri hər kişinin başında börk olması əsas şərt idi. Kişidə böyük (papaq), arvadda isə ləçək (çərqəd) şərafət nişanəsi sayılırdı. Papağa və ləçəyə hörmətsizlik müqəddəslərə və namusa hörmətsizlik sayılırdı. Buna görə də heç vaxt kişinin papağı başından əskik olmazdı. Hətta oğlan uşaqlarının da özünəməxsus papaqları olurdu. Bu papaqlara "tərlik" deyərdilər. Ancaq tərlik papaq qədər qalın olmazdı, bir qat toxunmuş açıq qırmızı forması olardı. Bu papaq formasının Səfəvi hökmdarlarının "qızılbaş" ordusundan qalması zənn edilir.
    Bakıdakı papaqçılarla söhbətdə adamların daha çox müasir dəbli papaqlara meylliliyini müşahidə etmək mümkündür. Papaqçı mağazalarında milli papaqlarla yanaşı başqa millətlərin papaqlarından da nümunə kimi vitrinlərə qoyulur. Elə papaqçılar olur ki, əcnəbi papaq sifariş vermək istəyən soydaşlarımızı mümkün qədər fikirlərindən daşındırmağa və onları milli papaq alıb qoymağa həvəsləndirirlər.
    Ancaq papaq ustaları şikayətlənirlər ki, bütün cəhdlərinə baxmayaraq soydaşlarımız milli papaq qoymağı davamlı ənənəyə çevirmirlər. Amma bəziləri ailəlikcə milli türk papağı qoymağa meyllidirlər. Hətta elələri var ki, Avropanın müxtəlif ölkələrində yaşamalarına baxmayaraq evlənməzdən qabaq Azərbaycana gəlir, türk papağı sifariş edir, tikdirir, sonra da yaşadığı ölkədə başında türk papağı ilə milli toy mərasimi keçirir.
#18.01.2010 12:00 0 0 0