Həzrəti Mühəmməd(s), Əlini (ə.s) bir iş dalınca göndərdi. Əsr namazının vaxtı yetişdi. Hamı namazını qıldı. Amma hələ Əli(ə.s) qayıtmamışdı. Əli(ə) Peyğəmbərin(s) yanına gələndən sonra, Peyğəmbər(s) başını paltarına büküb, Əlinin(ə) dizi üzərinə qoyub, Allah tərəfindən gələn vəhyi, günəş batmasına bir az qalmışa qədər dinləməyə (eşitməyə) məşğul oldu. Vəhy sona yetəndən sonra Həzrət(s), Əlidən(ə.s) sual etdi: Əsr namazını qılmısan?
Əli(ə) cavab verdi: Xeyr, Ya Rəsuləllah! Sizin mübarək başınızı dizimin üzərindən götürə bilmədim.
Peyğəmbər(s) duaya ələ götürüb dedi: İlahi! Əli sən və sənin Rəsulunun itaətinə məşğul idi. Bəs günəşi onun üçün qaytar!
Əsma deyir: And olsun Allaha! Gördüm günəş qayıtdı və onun nuru ətrafa yayıldı. Əsr namazının fəzilətli zamanı qayıtdı. Əli(ə) namazını qıldı və yenidən günəş qüruba endi.
XIRDA DAŞLARIN ZİKR VƏ TƏSBİH DEMƏSİ
Həzrmövtun , başçılarından bir dəstəsi Peyğəmbərin(s) xidmətinə gəlib dedilər: Sənin Allahın Peyğəmbəri olduğunu haradan bilək?
Peyğəmbərin(s) yerdən bir ovuc xırda daş götürüb, buyurdu: «Bunlar şəhadət verirlər ki, mən Allahın Peyğəmbəriyəm. Bu zaman Həzrətin əlində olan xırda daşlar Allaha zikr və təsbih deyib, Həzrətin Allahın elçisi və Peyğəmbəri olmasına şəhadət verdilər.
AYIN PARÇALANMASI
Zilhiccə ayının 14-cü gecəsi idi. Müşriklərin on dörd nəfər, Həzrətin hüzuruna gəlib ona dedilər: Bütün peyğəmbərlərin öz peyğəmbərliyi üçün nişanələri vardır. Bu gecədə sənin peyğəmbərliyinin nişaşəsi nədir? Peyğəmbər(s) buyurdu: Nə nişanə istəyirsiniz? Müşriklər dedilər: Əgər Allah yanında sənin üçün bir dərəcə və rütbə vardırsa, aya göstəriş ver, iki yerə bölünsün.
Cəbrail(ə) Allah tərəfindən gəlib dedi: «Ey Mühəmməd! Allah -Təala sənə salam çatdırıb, buyurur: Mən bütün əşya və varlığa, səndən itaət etməyə əmr vermişəm.» Həzrət Peyğəmbər(s) başını göyə qaldırıb, aya göstəriş verdi ki, iki yerə bölünsün. Ay iki yerə parçalandı. Peyğəmbər(s) şükr səcdəsi edib, orada olanlara buyurdu: Ey filankəs! Görün və şahid olun! Bu zaman müşriklər dedilər: Ayın hər iki parçası bir-birinə birləşib, birinci halına qayıtsın. Peyğəmbər(s) əmr etdi və ay birinci halına qayıtdı.
Müşriklər bu aydın möcüzəni görüb dedilər: Ya Mühəmməd! Biz Şam və Yəməndən qayıdan müsafirlərimizdən sual edəcəyik ki, bu gecədə nə müşahidə ediblər. Əgər biz gördüyümüzü onlar da görsə, bunun İlahi bir möcüzə olmasını başa düşəcəyik. Amma belə bir şey müşahidə etməsələr, başa düşəcəyik ki, bizi sehrləmisən.
Müsafirlər gəlib, şəhadət verdilər. Bu zamanda «Qəmər» surəsi nazil oldu. Bu surənin birinci ayəsi, ayın iki yerə bölünməsinə işarə edir.
BEHİŞT NAR VƏ ÜZÜMÜNÜN TƏSBİH DEMƏSİ
Bir gün Fatimə(s.ə) iki övladı Həsən(ə) və Hüseyn(ə) ilə birlikdə Peyğəmbərin(s) hüzuruna gəldi. Daxil olandan sonra, Həzrət(s) Fatiməyə(s) buyurdu: Əmim oğlunu (Əli(ə)) mənim yanıma çağır. Əli(ə) gələndən sonra, Həzrəti Peyğəmbər(s), Həsəni(ə) sağ dizi üstə, Hüseyni(ə) sol dizi üstə, Əli(ə) və Fatiməni birini ön hissəsində o birini isə arxa hissəsində oturtduqdan sonra, öz əbasını onların üstünə atıb, üç dəfə dedi: «İlahi! Bunlar mənim pak Əhli-Beytimdirlər. Günah və çirkinlikləri onlardan uzaq et və onları pak qərar ver.»
Ümmü Sələmə deyir: Mən qapının ağzında durmuşdum, dedim: Ya Rəsulullah! Mən də onlardanam,
Həzrət buyurdu: Sənin aqibətin çox yaxşıdır. Lakin sən onlardan deyilsən. Sonra Cəbrail(ə) bir tabaq behişt narı və üzümü gətirdi. Peyğəmbər(s) üzüm və narı əlinə götürdükdə, hər ikisi Allaha zikr və təsbih dedilər. Sonra Peyğəmbər(s) onları yedi. Bu zaman Həsən(ə) və Hüseyn(ə) tabaqdakı nar və üzümdən götürdülər, onların əlində də sübhanəllah dedilər. Həsən və hüseyn(ə) nar və üzümü yedilər.
Elə bu zamanda Həzrətin səhabələrindən biri daxil oldu. Behiştdən gələn nar və üzümdən yemək istədi. Cəbrail(ə) dedi: Bu meyvələrdən yalnız peyğəmbər(s), onun canişini və övladları yeyə bilər.
AĞACIN HƏRƏKƏT ETMƏSİ
Əmirəl-möminin(ə) buyurur: Günlərin birində mən Peyğəmbər(s) bir yerdə idim. Qüreyşin böyükləri Həzrətin hüzuruna gəlib dedilər: Ey Mühəmməd! Sən elə böyük bir iddia edirsən ki, sənin ataların və qohumların belə iddia etməmişdir. Bizim səndən bir istəyimiz var. Əgər yerinə yetirsən, sənin Peyğəmbər və Allah tərəfindən göndərildiyini başa düşərik. Əgər yerinə yetirməsən, başa düşəcəyik ki, sən yalançı və sehrkarsan.
Peyğəmbər(s) buyurdu: Sizin istəyiniz nədir? Dedilər: bizim üçün, bu ağacın kökündən çıxıb, sənin qarşında durmağını istə.
Peyğəmbər(s) buyurdu: Allah-təala hər şeyə qadirdir. Əgər belə etsə, iman götirəcəksiniz?
Cavab verdilər: Bəli.
Peyğəmbər(s) buyurdu: Mən yerinə yetirərəm. Lakin bilirəm iman gətirməyəcəksiniz. Sizlərdən bir dəstəsi «Bədr» quyularına düşəcək. Bir dəstəsi isə mənimlə döyüşmək üçün leşkər və qoşun hazırlayacaq. Bu zaman Həzrət buyurdu: Ey Ağac! Əgər Allaha və qiyamət gününə inamın varsa və mənim Allahın Rəsulu olduğumu bilirsənsə, Allahın izni ilə kökündən çıx və mənim yanıma gəl!
Həqiqətəndə Peyğəmbəri(s) haqq üçün göndərmişdir. O ağac, öz kökündən çıxıb, şiddətli səs-küy ilə Həzrətin yanında durub, öz kölgəsini oun mübarək başına saldı. Ağac uca bir budağını, Peyğəmbərin(s) başı üzərində, başqa bir budağını isə mənim başım üzərində saxladı. Mən də Həzrətin sağ tərəfində durmuşdum. Müşriklər bu aydın möcüzəni müşahidə edib, qürur və təkəbbürlə dedilər: Əmr et ağac qayıdıb, iki yerə bölünsün. Bir hissəsi sənin yanına qayıtsın, bir hissəsi isə yerində qalsın. Peyğəmbərin(s) əmri ilə ağac yerinə qayıtdı, iki yerə bölündü. Sonra ağacın bir hissəsi sürət və şiddətli səs ilə Həzrətin yanına gəldi. Onlar dedilər: de ağacın bu hissəsi gedib, o biri hissə ilə birləşsin. Peyğəmbərin(s) əmri ilə bu iş də yerinə yetirildi. Amma onlar iman gətirmədilər.
YAĞIŞIN YAĞMASI
Ərəb qəbilələri Peyğəmbəri(s) əziyyət etmək qərarına gəldikdən sonra Həzrət(s) dedi: İlahi! Öz əzabını bunlara göndər və Yusif(ə) peyğəmbərin zamanında olan aclıqdan bunlara nazil et! Peyğəmbərin(s) qarğışı ilə yeddi il yağış yağmadı. Mədinədə aclıq-susuzluq baş verdi. Səhrada yaşayan bir ərəb, Peyğəmbərin(s) hüzuruna gəldi. Sair ərəblərin adından kömək istəyib dedi:
Ağaclarımız quruyub, bitkilərimiz məhv olub, qadın və heyvanlarımızın döşündə süd qalmayıb və mal-qaramız qırılmışdır.
Həzrət(s) minbərə çıxıb, Allaha həmd və səna deyib, yağış duasını oxudu. Həzrət(s) duasını oxuyub qurtarmamış, yağış yağmağa başladı. Bir həftə yağdı. Nəhayət Mədinə əhli təngə gəlib dedilər: Ey Peyğəmbər! Qorxuruq boğulaq və evlərimiz viran qalsın.
Peyğəmbər(s) asimana üz tutub dedi: İlahi! Yağışı ətrafa yağdır. Biz tərəfə yağdırma!
Həzrətin işarəsi ilə buludlar Mədinə şəhərinin üzərindən dağılıb, şəhərin ətrafında durdular. Ətrafa möhkəm yağış yağırdı. Lakin Mədinəyə bir damcı da yağış yağmırdı. Bir ay çaylarda sel axırdı.
Peyğəmbər(s) buyrdu: «Əllahu-Əkbər» əgər Əbu Talib sağ olsaydı, gözləri işıqlanardı.