1747. Londonda ilk dəfə zöhrəvi xəstəliklər klinikası açılıb
1865. Dmitri Mendeleyev "Spirtin su ilə birləşmələri" adlı dissertasiya müdafiə edib. Bir çox tədqiqatçının fikrincə ilk dəfə o, "vodka"nın dəqiq konsentrasiyasını tapa bilib
1884. Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadə anadan olub
1903. Rəssam Ələkbər Rzaquluyev anadan olub. O, eyni gündə 1974-cü ildə Bakıda vəfat edib
1946. Yeni Konstitusiya ilə Yuqoslaviya 6 respublikadan ibarət federasiyaya çevrilib
1950. ABŞ prezidenti Harri Trumen hidrogen bombası planını açıqlayıb
1963. Aktyor Ələsgər Ələkbərov vəfat edib
1970. Sovet vertolyot konstruktoru (Mİ seriyalı vertolyotlar) Mixail Mil vəfat edib
1990. Keçmiş SSRİ-də ilk McDonalds Moskvada açılıb
1992. Yanvar ayı ərzində erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 azərbaycanlını qətlə yetirib