İranda PKK terror təşkilatının qollarından olan PJAK-a qarşı keçirilən əməliyyatda çoxlu sayda terrorçu zərərszləşdirilib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qərbi Azərbaycan Valiliyinin açıqlamasında bu əməliyyatın Xoy şəhərinin prokuroru Vəli Hacı Quluzadəyə qarşı törədilən sui-qəsdlə bağlı olduğu bildirilib.
Yanvarın 29-da baş tutan əməliyyat zamanı terroristlərdən biri sağ olaraq ələ keçirilib.
PJAK üzvlərindən öldürülənlərin sayı isə açıqlanmayıb.
Xatırladaq ki, PJAK Qulvzadəyə qarşı törədilən sui-qəsdi öz üzərinə götürmüşdü.