Güclü qar və çovğun gözlənilir

Son güncelleme: 04.02.2010 11:01
  • noimage

    Yollar buz bağlayacaq, havalar kəskin soyuyacaq

    Bakı və Abşeron yarımadasında fevralın 4-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Zəif duman, çiskin olacaq.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, axşama doğru yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gündüz 7-9 dərəcə isti olacaq. Günün ikinci yarısından başlayaraq temperaturun düşəcəyi, axşama doğru 0 dərəcəyə yaxın olacağı gözlənilir.


    Fevralın 5-də hava şəraitinin kəskinləşəcəyi, fasilələrlə qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək, gündüz yarımadanın bəzi yerlərində şiddətlənəcək. Çovğun ehtimalı var. Havanın temperaturunun anomal gedişi gözlənilir, gecə 2 dərəcəyədək şaxta, gündüz 0 dərəcə olacaq. Yollar buz bağlayacaq.


    Fevralın 6-da hava şəraitinin buludlu olacağı, arabir qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, günün ikinci yarısında bir qədər mülayimləşəcək. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.


    Fevralın 7-də hava şəraitinin buludlu olacağı, gecə və səhər qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.


    Azərbaycanın rayonlarında fevralın 5-də hava şəraitinin kəskinləşəcəyi, fasilələrlə qar yağacağı, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, ayrı-ayrı yerlərdə güclü olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir bəzi yerlərdə güclənəcək, ayrı-ayrı yerlərdə şiddətlənəcək. Bəzi yerlərdə çovğun olacağı ehtimalı var. Havanın temperaturu gecə 2-4 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.


    Fevralın 6-7-də fasilələrlə qar yağacağı, fevralın 6-da bəzi yerlərdə yağıntıların intensivləşəcəyi gözlənilir. Fevralın 7-də gündüz qərb rayonlarında yağıntı tədricən kəsiləcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Fevralın 6-da bəzi yerlərdə çovğun ehtimalı var. Havanın temperaturu gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

    Qaynaq:LENT.AZ
#04.02.2010 11:01 0 0 0