Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, düşmən qüvvələri fevralın 3-də saat 08.30-dan 08.39-dək, 08.40-dan 08.45-dək Cəbrayıl rayonunun Mehdili və Cocuqmərcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 09.10-dan 09.25-dək Füzuli rayonunun Aşağı Seyidəmhədli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.00-dan 16.15-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.50-dən 21.10-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.00-dan 22.30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, fevralın 4-də saat 00.25-dən 00.45-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.