Sellülit qadınların oma və sağrı hissələrində yaranan qırışlardır. Hər hansı ciddi ziyanlı bir problem olmasada gözəllik aludəsi olan xanımlar üçün hər hansı çimərlik və ya idman geyimi zamanı xanımların özlərini piss hiss etməsinə və nəticədə psixoloji narahatlığa səbəb olur.
Əlamətləri.
Sellülit dəridə portağal qabığına bənzəyən qırışlar və çuxurlar şəklində əmələ gəlir. Ən çox oma və sağrı nahiyələrində rastlansada bəzən qarnın aşağı hissələrində, döşlərdə hətda qollarda da olur.
Yaranma səbəbi.
Sellülit dərialtı əzələ liflərinin kökəlmə zamanı boşalması nəticəsində yaranır.
Problemi aradan qaldırmaq ücün masaç kreminə aşağıdakı efir yağlarından birini əlavə et.
Qreyfrut yağı - 10 damcı
Portağal yağı - 3 damcı
Darcın yağı- 3 damcı
Ərik yağı - 8 damcı (dəri dartınmalarına qarşı)
Yerfındığı yağı - 5 damcı
Limon yağı- 3 damcı
Çoxlu su və işlədici ot dəmləmələri icmək orqanizmi toksinlərdən təmizləyir.