1. Nənəmin sümükləri ağrımağa başlayanda, onun ayaq barmaqlarına lakı babam çəkməyə başladı. O, bu işi hətta əl barmaqlarında duzlaşma gedəndə belə, dayandırmadı. Budur Sevgi...
2. Kimsə səni sevəndə, sənin adını başqa cür səsləndirir. Onda sən bilirsən ki, sənin adın onların ağzında, sən isə ürəklərində qorunursan.
3. Sevgi odur ki, qız üzünə qoxu vurur, oğlan isə odekolon. Təkliyə gedib, bir-birilərini iyləyirlər.
4. Yeməyə gedəndə kiməsə öz kartofunun çoxusunu verirsən, əvəzində isə heç nə istəmirsən. Sevgi budur.
5. Sevgi o zaman olur ki, kimsə səni incidəndə, sən ona acıqlı cavab vermirsən. Çünki, sənin acıqlı cavabın onu incidə bilər.
6. Sevgi, sən yorulanda səni gülümsəməyə vadar edən qüvvədir.
7. Sevgi odur ki, anam atama qəhvə gətirəndə, əvvəlcədən yoxlayır ki, kofe yaxşı alınıbmı.
8. Sevgi odur ki, həmişə öpüşmək istəyirsən. Amma öpüşməkdən yorulanda, yenə bir yerdə olub, söhbət edirsən. Mənim anam və atam elədir, onıar öpüşəndə ətim tökülür.
9. Sevgini yeni il səhəri ailənlə birlikdə olub, qulaq asanda eşitmək olar.
10. Kimsə özü haqqında mənfi cəhət söyləyəndə qorxur ki, onu bir daha sevməzlər. Amma görür ki yox, səni əksinə daha çox sevirlər.
11. İki cür sevgi var: Bizim sevgimiz və Allah sevgisi. Bu sevgilərin hər ikisini Allah yaradıb.
12. Sevgi odur ki, oğlana deyirsən, onun bu köynəyindən xoşun gəlir, və oğlan hər gün bu köynəyi geyinir.
13. Sevgi odur ki, qoca nənə və qoca baba bir-birilərini yaxşı tanıdıqlarına baxmayaraq, dostluq edirlər.
14. Mənim kiçik piano nümayişimdə zalda adam çox idi. Narahat idim, birdən gözüm ona sataşdı. O, səbirsizliklə gözləyirdi və gülümsəyirdi. Mən artıq narahat deyildim.
15. Anam məni hamıdan çox sevir, hər gecə məni yatmazdan əvvəl öpür.
16. Sevgi odur ki, anam atama toyuğun ən yaxşı hissəsini verir.
17. Sevgi odur ki, atam çirkli və tərli evə gələndə anam ona deyir ki, o çox gözəl görünür.
18. Sevgi odur ki, bütün günü itini evdə tək qoyub getməyinə baxmayaraq, evə qayıdan kimi itin sənin üzünü yalayır.
19. Mən bilirəm ki, böyük bacım məni çox sevir, çünki o mənə özünün köhnə paltarlarını verir ki, gedib özünə təzə paltar alsın.
20. Mənim bacım məni ələ salır. Anam deyir ki, bu sevgidəndir. Ona görə də, mən də sevgidən bacımı ələ salıram.
21. Sevgi kartları ürəyimizdə olan, amma dilimizə heç bir zaman gətirə bilmədiyimiz sözləri özündə əks etdirir.
22. Əgər ürəkdən nəzərdə tutmursansa, demə: "Mən səni sevirəm". Amma ürəkdəndirsə, onda tez de.Çünki adamlar bunu unuda bilər.