Bunları yeyin xoşbƏxt olun

Son güncelleme: 07.02.2010 16:41
  • Bu qidalar insanların həyatını davam etdirməsi üçün yaradılmış nemətlərdir. Ancaq qidalar sadəcə bədənimizi deyil, ruhumuzu da bəsləyir. Yaşadığınız narahatçılıq, qayğı hissi, həddindən artıq əsəb, utanqaclıq kimi vəziyyətlərdə iştahanız kəsilə bilər. Amma elə qidalar varki, insanı xoşbəxt edir, hüzur verir. Məsələn şokolad. Kalorili olmasına baxmayaraq ruh sağlamlığına yaxşı təsir edir. Gündə kiçik bir acı şokoladla xoşbəxt olmaq mümkündür. Yağsız qırmızı ət, qırmızı bibər və qarğıdalı çörəyi də xoşbəxtlik hormonlarını hərəkətə gətirir. Bunlar xoşbəxt olmaq üçün yeyə biləcəyiniz qidalardır.



    Şokolad: Şokolad kalorili olmasına baxmayaraq, ruh halınızı nuzamlamağa kömək edər. Şokolada dad verən şəkər, serotonin səviyyənizi artırmağa kömək edərkən, yağ tərkibi keyfinizi yüksəldəcək endorfin yaradar. Kafeinin hərəkətə gətirəcəyi təsiri və yüksək antioksidant səviyəsilə şokolad ruh halınıza da müsbət təsir edər. Gündə sadəcə 1-2 parça acı şokolad yeməlisiniz. Acı şkolad ürək üçün südlü şokoladdan daha faydalıdır.

    Tərəvəzlərlə və kartofla ət: Yağsız qırmızı ət mükəmməl bir triptofan və zülal qaynağıdır. Bunların ikisi də ruh halınız üçün önəmlidir. Sobaya qoymadan əvvəl ətin artıq yağını kəsərək ayırın ya da aşağı istilikdə bişirin. Pomidor serotoni yüksəltmək üçün bir neçə kartof və biraz vitaminli tərəvəzlərlə birlikdə ağzınıza layiq doyurucu bir yemək hazırlaya bilərsiniz.



    Yer alması suflesi: yer alması da serotonin əmələ gəlməsini təmin edir. Yer almasının tərkibində həm də ruhi sıxıntını azaldan, enerji səviyyəsini artıran və təzyiqi aşağı salan fosfor maddəsi var.

    Qırmızı bibər və qarğıdalı çörəyi: Yağsız ət, yüksək faizdə B6 vitamini ilə triptofan yaradır. Qırmızı bibəri həm də hinduşkayla birlikdə yeyə bilərsiniz. Bunudan başqa lobyanın bütün növləriylə qırmızı bibər yeyə bilərsiz. Lobya selenyum həzmi və magnezium səviyyəsinin artırılması üçün mükəmməl bir qidadır. Magnezium çatışmazlığı depressiyaya səbəb ola bilər. Bu yeməkləri tamamlayan isə qarğıdalı çörəyidir .Gluten tərkibli çörəyin endorfin istehsalını hərəkətə gətirdiyi bildirilib.



    Banan Dilimləri: dondurma və banan olaraq iki əsas tərkib, B vitaminləri baxımından zəngindir. B vitaminləri də təsirli bir depresiyanın qarşısını alır. Banan eyni zamanda yüksək faizdə triptofan yaradır. Bu aminoasit, bədənə niasin istehsalında kömək edir. Niasin serotonin sintezini yaradır. Ancaq yağı azaldılmış və az şəkərli dondurmayla bunu tarazlaşdıra bilərsiniz.


    Kartof Püresi Və Hinduşka: kartof serotonin istehsalını artırır. Qarışıq karbohidratlar sterssli zamanlarda sakitləşməyə yardım edir. Hinduşkada depresiyanı əngəlləyən və gözəl hisslərin yaranmasına kömək edən bir çox maddə var. Çünki, hinduşka insana yuxu gətirir. Daha artıq enerji yaranması üçün hinduşkanı dəmirlə zəngin olan ispanaqla ya da başqa yaşıl yarpaqlı tərəvəzlərlə birlikdə yeyə bilərsiniz.


    Spagetti Və Küftələr: tərkibində yüksək faizdə foli turşusu olan tam buğdalı makaron, serotonin səviyyəsini artırmağa kömək edir. Küftələr ya da yağsız ətlə hazırlanan souslar isə böyük bir zülal qaynağıdır. Bununla yanaşı ispanaq, brokoli ya da yaşıl bir salat yeyə bilərsiniz. Bunların hamısı da insan psixologiyasına yaxşı təsir edən qidalardır.



    Yağda bişmiş yumurta və ot unu: sağlam və tarazlı bir səhər yeməyi bütün günü ruh yüksəkliyi yaradır, artan enerji və inkişaf etmiş zəka bacarığını artırır. Yumurtanın tərkibi vacib elementlərlə zəngindir. Ot ununda olan foli turşusu gücü artırır çünki, orqanizmdə dopamin yaradır. Tam buğdalı tost ya da kekslər, yüksək miqdardakı folat tərkibiylə yeyə biləcəyiniz digər taxıl məhsullarıdır.



    Somon balığı və qəhvərəngi düyü: mütəxəssislər saysız vitamin və mineral qaynağı olan Somon ya da digər balıqları yeməyi məsləhət görür. Alimlər, Omega 3-ün ruhi vəziyyəti qaydaya salan beyin siqnallarını idarə etməyə kömək etdiyini söyləyir. Amma Omega 3 yağ turşuları,orqanizm tərəfindən istehsal olunmur. Bunu balıq, yumurta və morina balığının qaraciyər yağından əldə edə bilərik. Somon balığıyla servis etmək üçün ən yaxşı qida qəhvərəngi düyüdür . çünki, tərkibində bol miqdarda selenyum var. Selenyum çatışmazlığı, ruhi vəziyyətə mənfi təsir edir.


    Makaron və Pendir: süd və pendir, yüksək miqdarda B vitamini yaradır. Araşdırmalar B2, B6 və B1 vitaminləri ruhi vəziyyəti yaxşılaşdırır. Makarondakı karbohidrat seroton və endorfinin səviyyəsini artırır. Mütəxəssislər xəmir yeməklərindən, taxıl yeməklərinə qədər karbohidratlı qidaların ölçülü səviyyədə yeyilməsini məsləhət görür.
#07.02.2010 16:41 0 0 0