Ermənistanda yumurta qalmaqalı

Son güncelleme: 10.02.2010 15:03
  • noimage
    İrəvanın ərzaq mağazalarında üzərində Ermənistan Müdafiə Nazirliyinin möhürü olan yumurtalar satılır.

    Lent.az-ın "Armenia Today"a istinadən verdiyi məlumata görə, bu fakt ölkədə qalmaqala səbəb olub.

    Araşdırma zamanı yumurtaların Müdafiə Nazirliyinin yumurta təminatı tenderində qalib gələn fabrikin məhsulu olduğu üzə çıxıb. Amma hərbçilər üçün nəzərdə tutulan yumurtanın hansı yolla ərzaq mağazalarına satışa çıxarıldığı bəlli deyil.

    Hazırda faktla bağlı Ermənistan hərbi polisi araşdırmaya başlayıb. Həm mağazanın satıcıları, həm də tədarükçülər istintaqa cəlb ediliblər.

    Maraqlıdır ki, fabrik Müdafiə Nazirliyini 1-ci növ yumurtalarla təmin etmək öhdəliyi götürüb. Mağazalara isə 2-ci növ yumurta paylanıb.

    Qaynaq:LENT.AZ
#10.02.2010 15:03 0 0 0