Nəsihətlər-2

Son güncelleme: 11.02.2010 13:57
  • "Nə üçün o adamı düşmən saymayasan ki o özünün igidliyini xalqı incitməkdə görür?"

    "Nə üçün o adama dost deyəsən ki o sənin düşmənlərinlə dostluq edir?"

    "İstedadsız adamla dostluq etmə, istedadsız adam nə dostluğa yarayar, nə düşmənliyə"

    "Özünü alim sayan nadandan uzaq gəz"

    "Ədalətli ol ki ədalət məhkəməsinə işin düşməsin"

    "Haqq acı olsa da onu dinləmək lazımdır"

    "İstəyirsən düşmən sənin sirrini bilməsin, onu dosta demə"

    "Xırdaçılıq edən və böyük ziyan verən olma"

    "Sərvəti olmadan dövlətli olmaq istəyirsənsə gözü tox ol"

    "Hədərə alma ki hədərə də satasan"

    "Tay - tuşa möhtac olmaqdansa ölmək yaxşıdır"

    "Əclaf adamın çörəyi ilə dolanmaqdansa ölmək yaxşıdır"

    "Hər düşündüyünü etibarsız adama demə, lakin etibarlı adamdan da gizlətmə"

    "Özündən aşağı adama möhtac olmaq böyük müsibətdir"

    "Suda boğulmaq alçaq adamdan kömək ummaqdan yaxşıdır"

    "Bu dünya üçün çalışan təvazökar fasiq o dünya üçün çalışam mütəkəbbir abiddən yaxşıdır"

    "Ən nadan adam odur ki birisi kiçiklikdən böyüklüyə çata,, lakin ona yenə də kiçik kimi baxa"

    "Ondan daha bədtər rüsvayçılıq olmaz ki bili bilmədiyi şeyin doğruluğunu iddia edə, sonra yalançı olduğu meydana çıxa"

    "Ən aldadılmış adam ona deyərlər ki nağdı nisyəyə dəyişə"

    "Ən alçaq adam odur ki birinin ehtiyacı ona düşə, imkanı ola, lakin kömək etməyə"

    "İstəyirsən ki ədalətlilər sırasında adın çəkilsin sənə tabe olanları imkanın daxilində yaxşı saxla"

    "İstəyirsən ki sənin adını nəciblər sırasında çəksinlər, tamahkar olma və tamahkarlığı yaxına buraxma"

    "İstəyirsən qara camaat səni pisləməsin, onların işini təriflə"

    "İstəyirsən ki ürəklərdə özünə yurd salıb seviləsən və xalq sənə nifrət etməsin, xalqın xeyrinə danış"

#11.02.2010 13:57 0 0 0