Artıq sənsizliyi əhəmiyyətsiz hesab edirəm mi nədir? Gecələri hələ ağılıma gəlirsən amma nə xəyallarımda nədə yuxularım da istəmirəm artıq səni Səni xatırladan hər anı, hər mahnı, birlikdə gedilən hər künc başı mənə boş və mənasız gəlir. Kim idi bunlara hər baxdığında ağlayan? Ürəyinin qanamasından nəfəs belə ala bilməyən mənmi?
Hərdənbir səndən xəbərlər gəlir, gözlərimə baxaraq səndən danışırlar. Ağrımı görmək üçün, bundan zövq almaq üçün. Onlara baxıram amma nəyə görə mənim yanımda səndən danışdıqlarını anlaya bilmirəm.
Mən səninlə vardım, mən səndə itdim, mən səndə yox oldum. yerimə gələn mən isə səninlə maraqlanmır ki. Kiçik də olsa bir ipucu axtarırlar gözlərimin içində. Amma artıq tapa bilməzlər. Kim səni sevdisə o sənin gedişinlə öldü.
Yeni biriyəm artıq mən heç bir şey ağrıtmır canımı Səninlə birlikdə duyğularım da getdi mənim. Gözümdən bir damla yaş axmır, qanayan bir ürəyim yox artıq
Bunun üçünmü girmişdin həyatıma. Məndən yeni bir mən yaratmaq üçünmü? Köhnə mən bu dünyaya dözə bilməyəcək qədərmi yazıq idi ki bir an əvvəl yox edilməsi lazım idi? Vəzifənin məni ürəksiz buraxmaq idimi?
Ümid edirəm müvəffəqiyyətin zəfərini qurtum qurtum içirsən İstədiyin kimi istifadə edirsən ondan necə olsa həmişə sənin idi
Yaratdığın yeni mənin artıq nə sənə nə bir ürəyə ehtiyacı var. Təbrik edirəm