ABŞ-ın keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib. Məlumatı "Reuters" agentliyi yayıb. Eks-prezidentin Nyu-York xəstəxanasında olduğu bildirilir.
CNN telekanalı məlumat yayıb ki, Bill Klintonun xəstəxanaya yerləşdirilməsinə sinəsindəki ağrılar səbəb olub.
"Sky News" telekanalının məlumatına görə, Birləşmiş Ştatların 63 yaşlı eks-prezidenti ürəyindəki problemlərdən şikayətlənirmiş.