İnkişaf üçün sağlam rəqabət mühiti vacib şərtdir

Son güncelleme: 12.02.2010 15:23
  • noimage

    Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətini idarəetmə sahəsində islahatlar aparmağa çağırır

    Azərbaycanda korporativ idarəetmə sahəsində müəyyən irəliləyişlər olsa da, hələ bu sahədə çox ciddi qüsurlar var. Əsas çatışmazlıqlar isə mövcud qanunvericilikdəki uyğunsuzluqlarla bağlıdır.

    Lent.az-ın məlumatına görə, Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyasının birgə hazırladığı hesabatda belə deyilir. "Azərbaycanda korporativ idarəetmə standartları" adlanan sənəddə Azərbaycanda yaxşı kapital bazarının yarandığı qeyd olunur. Ancaq bazarın inkişafı üçün investorların hüquqlarını daha yaxşı müdafiə etmək, şirkətlərin gəlir-çıxarını müntəzəm açıqlamasına nail olmaq lazımdır.

    Hesabatda deyilir ki, Azərbaycanda ictimaiyyət, xüsusən də iş adamları qanunvericiliklə kifayət qədər tanış olmaq imkanına malik deyil. Qanunvericiliyi müəyyən qədər bilənlər isə ona riayət etmək istəmirlər. Bu isə səhmdarların hüquqlarını bilməməsindən irəli gəlir.

    Sənədin müəlliflərinin fikrincə, ən böyük maneə səhmdarların, menecerlərin, sahibkarların hüquqları ilə bağlı məlumatlılığın az olmasıdır. Qanunvericilikdəki hüquqlarından xəbərdar deyillər: "Bəzi sahibkarlar var şirkət vasitəsilə əməliyyatlar həyata keçirirlər, pul qazanırlar, bu maliyyədən də bəhrələnən yalnız özləri olur. yerdə qalan səhmdarlar bundan bir şey görmürlər. İndiki zamanda yaxşı maliyyə mənbələri - yəni kredit və investisiya tapmaq üçün korporativ idarəetmə vacibdir. İnvestorlar tərəfdaşlıq etmək istədiyi iş adamlarının idarəetmə metodlarını dərindən öyrənirlər və şəffaf işləməyən menecerlərə etibar etmirlər".

    Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri belə qənaətə gəliblər ki, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək mümkündür. Hazırda ölkə iqtisadiyyatında belə potensial var. Ancaq bunun üçün sağlam rəqabət mühiti yaradılmalı və investorların sərmayə qoyması üçün onların marağı nəzərə alınmalıdır.

    Hər iki qurumun birgə hazırladığı sənəddə deyilir ki, sağlam rəqabəti yaradan əsas amillərdən biri korporativ idarəetmədir. Hazırda dövlət mülkiyyətində olan iri qurumlar var ki, müxtəlif beynəlxalq təşkilatlardan kredit alır, əməkdaşlıq edir. Onlarda da idarəetmə sahəsində islahatların aparılması əməkdaşlığı dərinləşdirə bilər.



    LENT.AZ
#12.02.2010 15:23 0 0 0