O, Gəncə Humanitar Kollecinin Bədən Tərbiyəsi müəllimi fakültəsini bitirməsi barədə diplomu 2.000 manata satıb
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Yaqub Rüstəmov Daşkəsən rayon sakini Arzu Qurbanovun adına tərtib edilmiş Gəncə Humanitar Kollecinin Bədən Tərbiyəsi müəllimi fakültəsini bitirməsi barədə diplomu hazırlayaraq Bakı şəhər sakini Hətəmxan Çobanova 2.000 manata satdığına görə saxlanılıb.
Lent.az DİN-in saytına istinadən xəbər verir ki, fakt üzrə BMCMİ-nin İstintaq Şöbəsi tərəfindən araşdırma aparılır.