Hüseynov Elmar Sabir oğlu 1967-ci il 17 iyulda Bakı şəhərində anadan olub. 1983 -cü ildə Əzizbəyov rayonunun 234 nömrəli məktəbini bitirib. Həmin ildəcə o zamankı Azərbaycan Tikinti - Mühəndis institutuna daxil olur və 1992 - ci ildə oranı mühəndis hidrotexnik ixtisası ilə bitirir.
1985 - ci illərdə Sovet ordusunda qulluq edib. Bir müddət öz peşəsi ilə Xudafərin su elektrik stansiyasını tikintisində və Rusiyada "Boquçan" su elektrik stansiyasının tikintisində iştirak edib.
1995-ci ilə Hüseynov Azərbaycana qayıdaraq jurnalist fəaliyyəti ilə məşğul olmağa başlayır.
İlk öncə Hüseynov "Zerkalo" ilə əməkdaşlıq etməyə başlayır. 1995 - ci ildə Elmar analitik iqtisadi informasiya agentliyi olan "Trend" agentliyini və gündəlik "Alver" qəzetini yaradır. 1996 - ci ildə O, "Geoiqtisadi araşdırmalar mərkəzinin" yaradıcılarından biri olur.
1996- cı ildə ayda bir dəfə çıxan "Monitor" jurnalını təsis edir. Bu jurnalın materialları kəskin tənqidi ilə seçilirdi.
1998 ci ildə Bakı şəhər məhkəməsi üç tarixçinin şikayəti Elmar Hüseynovu "Azərbaycan millətinin təhqir olunması" maddəsi ilə "Monitor" jurnalına cərimə kəsir ki, bunun nəticəsində də jurnalın fəaliyyəti dayanır.
1998 • ci ildə Elmar Hüseynov "Bakı Bulvarı" qəzetini təsis edir.
1999 - cü ildən isə həftəlik "Bakinskie vedomosti" qəzetini təsis edir. Bu qəzet hədələr nəticəsində ancaq səkkiz nömrə çap edilə bilir.
2000 - ci ildə Elmar yeni bir "Monitor Weekly" həftəliyini yaradır.
Bu jurnal ciddi təzyiqlərindən sonra 10 nömrəsi işıq üzü görərək bağlanır. Elmara isə vergidən yayınma faktı ilə bağlı cinayət işi açsalar da vergi orqanları bunu təsdiq edə bilmirər. Amma jurnalın yenidən fəaliyyətinə də imkan verilmir.
Bundan sonra 2001 ci ilin sentyabrın 6-da "Bakı bulvarı" qəzeti də məhkəmə hökmü ilə fəaliyyətini dayandırdı. Elmar Hüseynovu Bakı şəhər İcra hakimi Hacıbala Abutalıbovun "şərəf və ləyaqətini təhqir olunması və böhtan" maddələri ilə Elmarı altı ay müddətinə azadlıqdan məhrum edilir. Amma bir ay sonra beynəlxalq təşkilatların və ictimaiyyətin təzyiqi ilə azadlığa buraxılır.
Elmar Hüseynov 2002 - ci ilin aprelindən Monitor jurnalı ilk olaraq aylıq sona isə həftəlik formatda çıxarmağa başlayır.
Elmar Hüseynov "Zərdabi", "Qızıl Qələm" Mükafatının laureatı olub. Bir neçə dəfə ən yaxşı jurnalist və redaktor adına layiq görülüb.
Elmar Hüseynov 2005-ci ilinlmartin 2-dəBakida yaşadiği evin blokunda odlu silahla muzdlu qatil tərəfindən qətlə yetirilib.
O vaxt belə bir mövzu açmişdim bu forumda.Nədənsə ömrü 2 gün oldu.Hörmətli moderatorumuz dərhal sildi mövzunu sanki vətən xaini barədə danişirdim.Mən hələ də anlamadim(heç anlamayacam da) bu mövzunun silinmə səbəbini.Necə olur Hollywood nümayəndələrindən şou-biznesimzin( olmayan) nümayəndəərindən... mövzu açilir bəhs edilir amma belə bir qeyrətli oğul barəsində mövzu açilan kimi silinir...Nə isə..İstərdim ki Onun barəsində haminin məlumati olsun.Kim nə məlumat bilirsə paylaşsin zəhmət olmasa.