Ömrü uzadan meyvələr

Son güncelleme: 19.02.2010 20:28
  • Ömrü uzadan meyvələr...

    Onlar sağlamlığın ən böyük təminatçısıdır

    Meyvələrin tərkibi müxtəlif minerallar, vitaminlər, orqanizm üçün xeyirli maddələrlə zəngindir. Meyvələr insan sağlamlığının ən mühüm təminatçısıdır.

    Portağal

    Ən çox istifadə olunan meyvələrdən biridir. "C" vitamini ilə bol olan portağal kalsiumla da, zəngindir.

    Ananas

    Ekzotik meyvələrin başında gəlir. Az kalorili ananasın tərkibində balıq və ətdə olan bəzi minerallar var. Bu maddə qan laxtalanmasının qarşısını alır, ürəyi və mədəni qoruyur.

    Avokado

    Bu meyvənin kalorisi nisbətən çox olsa da, gündəlik qida rasionunda adı mütləq olmalıdır. Ürəyin dostu olan avakado zeytun yağı qədər faydalıdır.

    Alma

    Xolestrini və təzyiqi salır, qandakı şəkər miqdarını tənzimləyir, diabetin yaranmasının qarşısını alır. Hər gün alma yemək immuniteti gücləndirir.

    Ərik

    Qan damarlarını gücləndirir, bağırsaqları yumşaldır. Minerallarla zəngindir.

    Qarpız

    Xərçəngin bir neçə növü də başqa xəstəliklərə tutulma riskini azaldır.

    Armud

    Minerallarla zəngin armud kalorisinə görə də əvəzsizdir.

    Gilas

    Gilas qan damarlarını qoruyur. Qan dövranını asanlaşdırır ki, bu da yaşlanmanın qarşısını almaq üçün ən yaxşı yoldur.

    Limon

    Limonun faydalarını saymaqla bitirmək çətindir. İmmuniteti gücləndirən limon vitamin mənbəyidir. Xərçəngdən qorunmaqda önəmli silahdır. Bütün yeməklərə bir az limon suyu əlavə etməklə ondan yararlanmaq olar. Çünki limon qandakı şəkərin səviyyəsini və təyziqini azaldır.
#19.02.2010 20:28 0 0 0