Evdə Qalmış Oğlanlar

Son güncelleme: 19.02.2010 20:35
  • Xalq arasında xüsusilə qadınlara söylənilən bir söz vardır. Evdə qalıb... Yəni yaşı keçib hələ evlənməmiş qadınlara verilən bir ləqəb"qız qurusu" Bəs Oglanlar da evdə qalırmı??? Bəli niyə də qalmasın. Onsuz pis nə varsa əvvəl qadınlara deyilir.

    Nədir evdə qalmaq? Evdə oturmaq evdən çıxmamaqmı? Yoxsa qarşı cinsi özünə layiq görməməkmi? İkili münasibətlərə cəsarətsizlikmi? Bunlardan hansıdır?

    Yaxşı bəs niyə "qız qurusu" deyil. Kişi qurusu deyilmir ki:)

    Kişilərin evdə qalma səbəblərindən biri analarıdır. Analar oğullarına heç bir qızı layiq görməzlər. Gün gəlib yalnız qala biləcəklərini və oğullarının bir müddət sonra heç kim tərəfindən tərciə edilməyəcəyini düşünməzlər.Onları sonuna qədər qorumaqda ısrar edərlər.

    Özlərini saxlayan, qadınlara qarşı həmişə təmkinli davranan oglanlar bir gün yalnız qala biləcəklərini agıllarına gətirməzlər Və bir gün baxarlar ki gənc dəliqanlı ikən, keçəl, qarınlı orta yaşlı adamlar halına gəlmişlər. Yəni uzun sözün qısası, evdə qalmış deyə adlandırılan qadınlar belə enində sonunda evlənir, evdə qalmış oglanın evlənməsi daha da çətin olur.

    Çünkü onların istəkləri olduqca yüksəkdir və bunları qarşılaya bilən birini tapa biləcəyinə inanmaz. Qadınlar evlənməsə də özlərinə baxa biləcək imkanları olur, amma oglanların daim bir yardımcıya ehtiyacları vardır.

    Yəni evdə qalmaq, ləqəbi yalnız qadınlara söylənmiş bir söz deyildir. Əlbəttə ki evdə qalmış oglan quruları da vardır:)

    Evde qalmis oglan olurmu? Qızdan necə olursa oglandan da olur hər halda Necəmi? Evde qalmis oglanlar dörd yerə ayrılır:

    1. Heç kim tərəfindən bəyənilməz, istənilməz, - icinə qapalı olur

    2. Heç kimi bəyənməz, göydən zəmbillə endiyini zənn edər və qarşısına çıxan qadına ugurlar diləyər və hec bir qadını özünə yaraşdırmaz, hamısı ona görə qüsurludur. Və O, ideal qadınını gözləyər ;

    3. Həyatının ən gözəl illərini böyük bir sevgi ilə kecirir və qadın tərəfindən aldadılır və ya tərk edilir.. bunu həzm edə bilmədiyi üçün bütün qadınları intiqam almaq ücün istifadə edər və əslində qadına deyil özünə edər nə edərsə !

    4. O da böyük sevgi yasayar və tərk edilər ona olan sevgisi elə böyükdür ki bir basqa qadınla ola bilməz. O, böyük sevgisinin geri dönməsini bir həyat boyu gözləyər, amma o öz illərini boşu-boşuna keçirər əslində, çünki o sevgi geri dönməz, dönsə də artıq ondan xeyir gəlməz!


    Sonda - Evdə qalmış qadın evdə qalmış oglandan daha realist oldugundan evdə qalmıslıgının müddəti daha qısa ömürlüdür
    Əziz bəylər baxın ha, siz də evdə qala bilərsiniz çox seçim etməyin)
#19.02.2010 20:35 0 0 0