Hər şey birdən birə oldu.
Birdən birə vurdu gün işığı yerə;
Göy üzü birdən birə oldu;
Mavi birdən birə.
Hər şey birdən birə oldu;
Birdən birə çıxmağa başladı duman torpaqdan;
Filiz birdən birə oldu, tumurcuq birdən birə.
Yemiş birdən birə oldu.
Birdən birə,
Birdən birə;
Hər şey birdən birə oldu.
Qız birdən birə, oğlan birdən birə;
Yollar, qırlar, pişiklər, insanlar...
Eşq birdən birə oldu,
Sevinc birdən birə.
Məni bu gözəl havalar məhv etdi
Məni bu gözəl havalar məhv etdi,
Belə havada istefa etdim
Məhkəmədəki məmuriyyətimdən.
Tütünə belə havada alışdım,
Belə havada aşiq oldum;
Evə çörəklə duz aparmağı
Belə havalarda unutdum;
Şeir yazma xəstəliyim
Belə havalarda artdı;
Məni bu gözəl havalar məhv etdi.
Bir iş var
Hər gün bu qədər gözəlmi bu dəniz?
Beləmi görünür göy üzü hər zaman?
Hər zaman gözəlmi bu qədər,
Bu əşya, bu pəncərə?
Deyil,
Vallahi deyil;
Bir iş var bu işin içində