Giriş
Giriş
Üye Ol
Main-Board
Gündem
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Uşaqlıq Həsrəti
Uşaqlıq Həsrəti
458
Son güncelleme: 23.02.2010 19:24
Şayeste
Baxma ki, böyüyəm, çoxalıb yaşım,
İçimdə körpəyəm, uşağam ana.
Çox da ki, möhnətdən ağarıb başım,
Hələ də möhtacam ana, laylana.
İllər nə tez ötdü, vəfası yoxmuş?!
Yenə uşaqlığım geri dönəydi.
Ana, ürəyimdə dağ olan yüküm,
Əriyib gözümdə selə dönəydi.
Bir azca tutulan üzün olanda,
Hərdən inciyəydim, hərdən küsəydim.
Könlümü almaqçün dediyin sözə,
Özümü tox tutub, naza çəkəydim.
Ünvan səni bilib, sənə qaçaydım,
Potum ayağıma dar olan kimi.
Sirrimi ilk öncə sənə açaydım,
Könlümə bir gözəl yar olan kimi.
Zülmətə qərq olan gecə düşəydi,
Yenə uyuyaydım dizinin üstə.
Gözüm mürgüləyib, yumulan kimi,
Öpüş qonduraydın gözümün üstə.
Böyüdüm, gen düşdü şirini məndən,
İndi dostum olub qəmi həyatın.
Onda nə asandı, ağlayan kimi,
Tezcə tapılırdı çəmi həyatın.
İndi utanıram söz qaytardığım,
Günümdən, ayımdan, ilimdən ana.
Mən onda bilmirdim hələ bunları,
Çox şey öyrədirmiş, zaman insana.
Mən necə yar sevim belə dünyada?!
Mənim bir könlüm var, vurulub sənə.
Min gözəl içindən birini seçsəm,
Yenə dəyməyəcək qara kölgənə.
Mən sənin eşqinlə varam əzizim,
Bütün söz-söhbətim sənin üçündür.
Səndən bir ricam var, ay ana bir də,
Məni körpə kimi yenə düşündür.
Oğlun Köçəriyəm, qəminə həmdəm,
Yolunda odlara yanacaq şamam.
Ay ana, tək bircə istəyim budur,
Sənin heykəlini sözümlə yonam.
#23.02.2010 19:24
0
0
0
Uşaqlıq Həsrəti Konusuna Benzer Konular
PEYĞÄMBÄRLİKDÄN ÖNCÄKİ HÄYATI HZ. PEYĞÄMBÄRİN UŞAQLIQ DÖVRÜ
27.07.2009
ŞuŞa hƏsrƏtİ
22.11.2009
Şusa HƏsrƏtİ
30.11.2009
Azəri Günel Rza mənim uşaqlıq sevgim idi,səkkiz il ömrü oldu
14.01.2010
Həsrətindəyəm
19.02.2010
Plastik Gıda Ambalajı
23.02.2010 19:24
Main-Board 2004 - 2024
Bugün
Aramalar
Üyeler
Toplist
Hakkımızda
Kurallar
İletişim
İzmit Tesisat
İzmit Mutfak Dolabı