Klinton: “Qondarma erməni soyqırımı“ layihəsini qəbul etməyin”

Son güncelleme: 04.03.2010 22:21
  • Obama Administrasiyası qərarın qəbul olunmasının əleyhinədir

    Barak Obama Aadministrasiyası Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı" layihəsinin səsverməyə çıxarılmasına bir neçə dəqiqə qalmış sükutu pozub.

    Lent.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, dövlət katibi Hillari Klinton Xarici Əlaqələr Komitəsinin sədri, demokrat Hovard Bermana zəng açıb və layihənin qəbul edilməsinin Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesini təhlükə altında qoyacağını bildirib.

    Hillari Klinton Xarici Əlaqələr Komitəsinin layihəni qəbul etməməsini istəyib.

    Qeyd edək ki, Hillari Klintonun bu telefon zəngi barədə Ağ Evin sözçüsü Mike Hammer açıqlama verib.

    Qaynaq:LENT.AZ
#04.03.2010 22:21 0 0 0