Həzrəti Məhəmməd Peyğəmbərdən kəlamlar

Son güncelleme: 05.03.2010 13:50
  • 1 - Ölüm, ibrәt dәrsi almaq üçün, pәrhizkarlıq varlı olmaq üçün, ibadәt isә iş vә mәşfuliyyәt üçün kafidir.
    2 - Heç bir yaxşı iş iki xüsusiyyәtdәn üstün ola bilmәz; Onlar Allaha iman gәtirmək və Onun bәndәlәrinә yaxşılıq etmәkdәn ibarәtdir. Heç bir pis iş də iki xüsusiyyәtdәn xoşagəlməz sayıla bilmәz; Onlar isə Allaha şәrik qoşub, onun bәndәlәrinә ziyan vurmaqdan ibarәtdir.
    3 - Yol yeridikdә tәlәsmәk, mö`minin dәyәrini aradan aparar.
    4 - Öz işlәrini qadına tapşıran millәt, sәadәt üzü görmәz.
    5 - Xalqın çoxu iki məsələdə aldanmışdır ki, onların biri sağlamlıq, digәri isә asudәçilikdir.
    6 - Öz әziyyәtlәrini xalqın üzәrinә atan şәxs, mәl`undur.
    7 - İbadәt yeddi hissәdәn ibarәtdir. Onun daha üstünü isə halal (çörәk) qazanmaqdır.
    8 - Gözәllik dildәdir.

    9- Ümmәtimin әn daha üstün әmәli, fәrәc (açılmış) intizarında olmaqdır.
    10 - Dünya, Allah yanında afcaqanadın qanadı tәk dәyәrli olsaydı, heç vaxt onu kağır vә münafiqә vermәzdi.
    11 - Alimlәrdәn soruşun, hikmәtli şәxslәrlә danışın vә yoxsullarla (bir yerdә;) әylәşin.
    12 - Savadı olmayan halda xalqa fәtva verәn şәxs, göy vә yer mәlәklәri tәrәfindәn lә`nәtlәnәr.
    13 - Allah-taala yaxşı danışıb, bәhrәlәnәn vә sakit olub, amanda qalan bәndәyә rәhm etsin.
    14 - Üç xüsusiyyәtә malik olan şәxsin imanı kamillәşmişdir:

    (Birinci): Fərəh və sevinci onu batil işlәrә çәkmәyәn;
    (İkinci): Әsәblәşdikdә haqdan kәnara çıxmayan;
    (Üçüncü): İqtidara malik olduqda, haqqı olmayan şeyә әl uzatmayan.

    15 - Rahatlıq (sakitlik və asta davranış) Allahdan, tәlәsmәk isә şeytandandır.
    16 - Hәzrәt Peyğәmbәr (s) bir gün evdәn xaric olduqda, (ağır) daşı yerindәn qaldıranları görüb buyurdu: Sizin daha güclü pәhlivanınız әsәblәşәn halda özünü (tәmkinli) saxlayandır.
    17 - Daha üstün imanlınız, daha çox әxlaqlı olanınızdır.
    18 - Gülәrüzlü olmaq kinlәri aradan aparar.
    19 - Hәya iki cürdür: Ağıllı vә ağılsızlıq (hәyaları); Ağıllı hәya bilikdәn, ağılsızlıq hәyası isә nadanlıqdandır.
    20 - Allaha vә cәza (Qiyamәt) gününә imanı olanlar öz vә`dinə әmәl etmәlidir.
    21 - Әmәnәti saxlamaq ruzi, әmanәti xәyanәt isә yoxsulluq gәtirər.
    22 - Övladın öz ata vә anasına mәhәbbәt dolu baxışı ibadәt sayılır.
    23 - Facir (azğın) şәxs tә`riflәndikdә, ilahi әrş titrәyər vә Allah-taala qәzәbә gәlər.
    24 - Nadanlıq üzündәn iş görәn şәxsin xarabkarlıqları, islahatından çox olar.
    25 - İman iki hissәyә bölünür: Onun yarısı sәbr (dözüm), yarısı isә şükrdәn ibarәtdir.
    26 - Hazır olan şәhvәti görmәdiyi vә`dә verilmiş (Behişt) üçün tәrk edәn şәxsә xoş (alqış) olsun.
    27 - Ümmәtimdәn iki dәstә saleh olarsa, ümmәtim dә saleh olar, onlar yollarını azarsa, ümmәtim dә yolunu azar. Soruşdular: Ey Allahın elçisi! Onlar kimdir? Buyurdu: Fәqihlәr vә rәhbәrlәr.
    28 - Dünya mö`minin zindanı, kağırin isә cәnnәtidir.
    29 - Xalq üçün elә bir gün gәlәcәkdir ki, o günün xalqı canavar olacaq vә canavar olmayan canavarlar tәrәfindәn yeyilәcәkdir.
    30 - Dünyanın sonunda әn az tapılan şey, e`tibarlı qardaş vә halal pul olacaqdır.
    31 - Qur`anın haram etdiyini halal sayan şәxs, (Allaha va İslam dininə) iman gәtirmәmişdir.
    32 - Peşimançılıq tövbә (etmәk) -sayılır.
    33 - İman qəlbdә әqidә (bağlamaq), dildә danışıq vә bәdәnlә әmәl etmәkdәn ibarәtdir.
    34 - Pisliyi tәrk etmәk sәdәqә vermәk (demәk) - dir.
    35 - Ümmәtim üçün üç şeydәn qorxuram; (Hәddindәn artıq) paxıllıq, nәfsani istәklәr vә azğın rәhbәrlər.
    36 - Heç bir xeyir әmәli riyakarlıq üçün әncam vermә vә (riya olmadıqda da onu) hәya üzündən tәrk etmә.
    37 - Peyğəmbərdən (s) soruşdular: Hansı dostlar daha üstündür? Buyurdu: Onu yad etdikdә, sәnә kömәk edәn vә onu unutduqda sәni yad edәn. Xalqın daha pisi kimdir? Buyurdu: Yolunu azmış alim.
    38 - Biz Әhli-beytin mürüvvәti bizә zülm edәnlәri әfv etmәk vә bizdәn әsirgәyәnlәrә әta etmәkdir.
    39 - Özünü dәrvişliyә vuran şәxs yoxsullaşar.
    40 - Sizә yaxşılıq edәnin әvәzini verin, bir şeyiniz olmasa onun yaxşı işini tә`riflәyin ki, tә`riflәmәk (dә bir növ) yaxşılıq sayılır.
    41 - Allah yanında ən pis adam elmi ilə əməl etməyib ondan faydalanmayan alimdir.
    42 - Әn yaxşı ev yetimin sevildiyi və ona hörmət göstərildiyi evdir.
    43 - Başqa adamlara hörmət edin və onların qarşısında təvazökar olun, çünki, təvazökarlıq adamın dəyərini artırar.
    44 - Allaha, qiyamətə və cəza gününə inananlar əhdinə vəfalı və bağlı olmalıdırlar.
    45 - Uşaqlar ata-analarına məhəbbət və sevgi ilə baxdıqları zaman sanki ibadət edirlər.
    46 - Yaxşı və dəyərli dost sahibi olmaq, səadət və xoşbəxtlikdir
#05.03.2010 13:50 0 0 0