Yalan söyləmək xəstəliyi

Son güncelleme: 05.03.2010 16:21
  • Mitomani yalan danışma xəstəliyi olaraq təyin olunmuşdur. Xəstəlik ciddi ölçülərdə yalanlar uydurma, bu yalanlara inanma və ətrafındakıları ola bildiyincə inandırma ilə xarakterizə olunur.

    Mitomani əksəriyyətcə xəstənin diqqət çəkib mərkəz nöqtəsi halına gəlmək adına etməyə başladığı yalan danışma vərdişinin gedərək heç bir səbəbə ehtiyac duyulmadan davam etməsi və dozasının artmasıdır.Mitomaninin ən çox yoldaşlıq etdiyi xəstəlik histrionik şəxsiyyət pozuqluğudur. Bu xəstələrin tək məqsədi vardır mərkəz nöqtəsi olmaq. Diqqətləri üzərinə çəkmək üçün sıx bir istək və arzu duyan adam bunu bacara bilmək adına hadisələri inanılmayacaq dərəcədə böyütməyə, şişirtməyə, dramatize etməyə başlar. Bunu təmin etmək üçün də məcbur olaraq yalan danışar.

    Mitomaniyə tutulmuş adam ilə yaşamaq çətindir. Davamlı və səbəbsiz üstəlik aşkar yalanlarına inanmamanız onu kədərə, üsyana sövq edər. Onsuz da uzunca bir müddət ona inanar hətta yalanlarına qatılarsınız istəmədən də olsa. Evlilik həyatları yalan üzərinə quruludur. Çox vaxt yoldaşlarının da yalan danışmağa başladığı görülər. Onsuz da o uyğunlaşma müddəti olmadan bu xəstələrlə birlikdəlik qeyri-mümkün olduğundan yalan danışmağı öyrənə bilməyən yoldaş xəstəylə boşanma mərhələsinə gəlir. Bu tip xəstələrin yetişdirdiyi uşaqlarda yalan danışaraq böyüməyə alışa bilərlər.

    Mitomanili xəstə yalan danışmanın ölçüsünü nə qədər artıra bilər? Bu nöqtədə sağlam fərdin məntiqi ciddi olaraq dayanır. Sadə yalanlardan fantastik dünya xəyallarına qədər uzana bilən bir yelpikdir bu. Oturarkən birdən-birə sizə dünən huşunu itirdim, yerə düşdüm çənəm qırıldı deyə bilər. Halbuki dünən bütün gün sizin yanınızdadır. 9 aylıq hamiləlik müddətini bitirmiş mitomanili xəstə özünə doğum etdirən qadın doğum mütəxəssisini erkən doğum etdiyinə inandırmağa çalışa bilər. Müvəffəqiyyətli ola bilməyib inanılmadığını görüncə özünə inanmayan kəslərlə münasibətlərini kəsər. Təbii əvvəlində hələ ətrafında insanlar qalmışsa...
#05.03.2010 16:21 0 0 0