Akif Abbasov

Son güncelleme: 09.03.2010 08:47
  • Həyatı

    Akif Abbasov 1950-ci il mayın 28-də Şirvan (keçmiş Əli Bayramlı) şəhərində anadan olmuşdur. Burada N. Nərimanov adına 2 saylı orta məktəbi bitirdikdən sonra "İşıq" şəhər qəzetində müxbir işləmişdir (1967-1968). M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsində təhsil almışdır (1968-1973). Təyinatla Sabirabad rayonunun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dilini tədris etmişdir (1973-1975). Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun tərbiyənin ümumi problemləri şöbəsinə müsabiqə yolu ilə kiçik elmi işçi qəbul olunmuşdur (1975). Sonra orada elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifəsində işləmişdir (1975-2001).

    Pedaqogika sahəsində namizədlik dissertasiyası müdafiə etmişdir (1987). Sonra bu istiqamətdə elmi tədqiqatını davam etdirmiş, doktorluq dissertasiyası müdafiə edib pedaqoji elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür (1995). Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (indiki Bakı Qızlar Universiteti) elmi işlər üzrə prorektor olmuşdur (1992-1998).

    Hazırda Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun elmi katibidir (2000-ci ildən). Eyni zamanda Azərbaycan Pedaqoji-Psixoloji Elmlər Assosiasiyasının vitse-prezidentidir (2003-cü ildən). Bakı Dövlət Universiteti nəzdində psixologiya elmləri üzrə dissertasiya şurasının elmi katibi təyin olunmuşdur (2003-cü ildən). Azərbaycan, rus və ingilis dillərində nəşr edilən "Təhsil, mədəniyyət, incəsənət" elmi-nəzəri və metodik jurnalın redaktorudur (2000-ci ildən).

    Ədəbi-pedaqoji fəaliyyətə 1966-cı ildən başlamışdır. İlk mətbu yazısı Əli Bayramlı şəhər qəzeti - "İşıq"da çıxmışdır (1966). Bundan sonra dövri mətbuatda bədii və elmi-kütləvi əsərlərlə vaxtaşırı çıxış etmişdir. Rus və ingilis dillərindən tərcümələri "Dünya", "Bağban" almanaxlarında, jurnallarda dərc olunmuşdur. Orta və ali məktəblər üçün bir sıra dərslik, elmi-metodiki əsər və proqram yazıb çap etdirmişdir.

    Azərbaycan Maarif Nazirliyinin "Qabaqcıl maarif işçisi" döş nişanına və fəxri fərmanına layiq görülmüşdür.

    Akif Abbasov 2004-cü ildə professor elmi adına layiq görülmüşdür. 26 dekabr 2006-cı il tarixində "Tərəqqi" medalı ilə təltif edilmiş, 2007-ci ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.

    A.N. Abbasov 24 aprel 2009-cu ildən etibarən Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür.
#09.03.2010 08:46 0 0 0
  • 1. Orta ümumtəhsil məktəblərində şagirdlərin kommunist tərbiyəsinin bəzi məsələləri. Bakı: Maarif, 1978, 96 səh. (şərikli)
    2. Şagirdlərin hüquq tərbiyəsi. Bakı: Maarif, 1983, 92 səh.
    3. Ümumtəhsil məktəbləri şagirdlərinin kommunist tərbiyəsi. Bakı: Maarif, 1983, 156 səh. (şərikli)
    4. Ailə həyatının etika və psixologiyası. Bakı: Maarif, 1988, 192 səh.
    5. Ailə. Bakı: Maarif, 1986 (təkrar nəşr 1989), 276 səh. (şərikli)
    6. Qız gəlin köçür. Bakı: Gənclik, 1992, 44 səh. (şərikli)
    7. Az söylə, söz söylə (Şərqin şifahi və yazılı sənət abidələrində tərbiyəvi fikirlər). Bakı: Maarif, 1993, 400 səh. (şərikli)
    8. Oxu-3: zəif eşidən uşaqlar üçün dərslik. Bakı: Maarif, 1997, 160 səh.
    9. Lələşin ayaqqabısı (hekayələr). Bakı: Mütərcim, 1998, 40 səh.
    10. İngiliscə-Azərbaycanca pedaqoji-psixoloji lüğət. Bakı: Mütərcim, 1999, 100 səh. (şərikli)
    11. Xəyanət (povest və hekayələr). Bakı: Mütərcim, 1999, 104 səh.
    12. Qaş düzəltdiyi yerdə (hekayələr, lətifələr). Bakı: Mütərcim, 1999, 84 səh.
    13. Pedaqogika: ali məktəblər üçün dərs vəsaiti. Bakı: Renessans, 2000, 202 səh. (şərikli)
    14. Əli Bayramlı mətbuatı. Bakı: Araz, 2000, 160 səh. (şərikli).
    15. Dədəmə oxşayırsan (hekayələr, lətifələr). Bakı: Mütərcim, 2004, 56 səh.
    16. Aldanma sözlərə (roman). Bakı: Mütərcim, 2004, 150 səh.
    17. Gəl Məliyin dovğasına (lətifələr). Bakı: Mütərcim, 2006, 72 səh.
    18. Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji terminlər lüğəti. Bakı: Mütərcim, 2006, 196 səh.
    19. Gəlin (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2007, 60 səh.
    20. Atatürk haqqında hekayələr (birinci kitab). Bakı: AzAtaM, 2007, 96 səh.
    21. Atatürk haqqında hekayələr (ikinci kitab). Bakı: AzAtaM, Mütərcim, 2007, 88 səh.
    22. Atatürk (pyes). Bakı: Mütərcim, 2007, 72 səh.
    23. Böyük türk (hekayələr). Bakı: Mütərcim, 2007, 28 səh.
    24. Pedaqogika: müxtəsər konspekt və sxemlər. Bakı: Mütərcim, 2007, 80 səh.
    25. İngilis dilindən imla və ifadə mətnləri məcmuəsi: Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün. Bakı: Mütərcim, 2008, 104 səh.
    26. Milli əxlaq və ailə etikası: orta ixtisas məktəbləri üçün dərslik. Bakı: Mütərcim, 2008, 296 səh.
    27. Oxu-3: zəif eşidən uşaqlar üçün dərslik. Bakı: Təhsil, 2008, 160 səh.
    28. Oxu-4: zəif eşidən uşaqlar üçün dərslik. Bakı: Təhsil, 2008, 160 səh.
    29. Oxu-5: zəif eşidən uşaqlar üçün dərslik. Bakı: Təhsil, 2008, 168 səh.
    30. Xallı kəpənək (hekayə və lətifələr). Bakı: Mütərcim, 2009, 56 səh.
    31. Pedaqogika: orta ixtisas məktəbləri üçün dərslik. Bakı: Mütərcim, 2009, 348 səh.
    32. Müdirin ayağı (hekayələr). Bakı: Mütərcim, 2010, 60 səh.
    33. Bir qıçlı öz atasıdır (hekayələr). Bakı: Mütərcim, 2010, 60 səh.
    34. Dar günün dostu (povest və hekayələr). Bakı: Mütərcim, 2010, 60 səh.
    35. Geydirmə araq (hekayələr). Bakı: Mütərcim, 2010, 60 səh.
#09.03.2010 08:46 0 0 0
  • 1. Kristi Tökerin ölümü (hekayələr). Bakı: Təbib, 2000, 44 səh. (ingilis və rus dillərindən tərcümə)
    2. Uilyam Somerset Moem. Yolagəlməz qadın (povest). Bakı: Nurlan, 2004, 40 səh. (ingilis dilindən tərcümə)
    3. Uilyam Somerset Moem. Yağış (povest). Bakı: Nurlan, 2004, 48 səh. (ingilis dilindən tərcümə)
    4. Yağış altında pişik (hekayələr). Bakı: Mütərcim, 2004, 48 səh. (ingilis dilindən tərcümə)
    5. Georgi Xuqayev. Andro və Sandro (pyes). Bakı: Mütərcim, 2004, 60 səh. (rus dilindən tərcümə)
    6. Touşan Esenova. Ali təhsilli arvad (pyes). Bakı: Mütərcim, 2004, 56 səh. (rus dilindən tərcümə)
    7. Mar Bayciyev. Duel (pyes). Bakı: Mütərcim, 2004, 44 səh. (rus dilindən tərcümə)
    8. Tiflissayağı boşanma (hekayələr). Bakı: Mütərcim, 2005, 52 səh. (ingilis və rus dillərindən tərcümə)
    9. Qrehem Qrin. Canlılar yaşayan otaq (pyes). Bakı: Mütərcim, 2005, 68 səh. (ingilis dilindən tərcümə)
    10. Küçə tinində hadisə (hekayələr). Bakı: Mütərcim, 2006, 40 səh. (ingilis dilindən tərcümə)
    11. Uilyam Somerset Moem. Edvard Barnardın ruh düşkünlüyü (povest). Bakı: Mütərcim, 2006, 40 səh. (ingilis dilindən tərcümə)


    Filmoqrafiya

    1. Canavar Balası (1997) - redaktor və aktyor
    2. Qırmızı Qar (1998) - redaktor
#09.03.2010 08:47 0 0 0